Xanəndə Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş konsert keçirilib FOTO
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, unudulmaz ustad xanəndə Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş konsert keçirilib.
AZXEBER.COM xəbər verir ki, gecədə teatrın solistləri Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Fəxri Kazım Nicat, Ayşən Mehdiyeva, Aynur İsgəndərli, Ramazan Şərifzadə, Rövşən Qəhrəmanov sənətkarın zəngin musiqi irsinə müraciət edərək dillər əzbəri olan muğam və təsnif , bəstələrini ifa ediblər.
Xatırladaq ki, milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə Əlibaba Məmmədov 2000-ci ildə "Şöhrət", 2010-cu ildə "İstiqlal" və 2020-ci ildə "Şərəf" ordenləri ilə təltif edilib. Görkəmli xanəndə 2022-ci il fevralın 25-də 92 yaşında vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 01 Mart 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















