Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Bu gün Xalq rəssamı Mikayıl Abdullayevin anım günüdür

Bu gün Xalq rəssamı Mikayıl Abdullayevin anım günüdür

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycan təsviri sənət tarixində elə şəxslər olub ki, onlar hansı dövrdə, hansı şəraitdə yaşamasından asılı olmayaraq, sənət ideallarını daha uzaq zamanlara hesablayaraq əsərlər yaradıblar. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı professor Mikayıl Abdullayevin yaradıcılığı bu qəbildəndir. Sənətkarın ilham mənbəyi, yaradıcılığının mayası doğma vətəni Azərbaycan, onun gözəllikləri idi. Rəssamın dilindən söylənən “Azərbaycan, doğma vətənim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram” fikirləri də bunu təsdiqləyir.

AZƏRTAC xəbər verir ki, bu gün Xalq rəssamı Mikayıl Abdullayevin vəfatından 23 il ötür.

Bakıda 1921-ci il dekabrın 19-da fəhlə ailəsində anadan olan Mikayıl Abdullayev əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində oxuyub, sonra isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Bu ali məktəbi vaxtında bitirə bilməyən Mikayıl Abdullayev İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq saxlayıb. O illərdə yaradıcılığının istiqamətini tamamilə dəyişib. Mikayıl Abdullayev də haqsızlığa qarşı fırçası ilə döyüşürdü. Alman faşizmini tənqid edən, sovet əsgərlərinin qələbə əzmini göstərən plakatları bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirdi. Müharibədən sonra Moskvada ali təhsil alan M.Abdullayev burada dünyaşöhrətli rəssamlardan - İ.E.Qrabar, V.V.Fakorskaya, S.V.Gerasimov və başqa görkəmli fırça ustalarından dərs alıb. 1947-ci ildə Moskvada keçirilən ümumittifaq bədii sərgisində “Axşam” əsəri ilə iştirak edib. Bu əsər gənc rəssama böyük uğur və tamaşaçı marağı gətirib. Beləliklə, 26 yaşlı Mikayılın sənət qələbələri bir-birini əvəz etməyə başlayıb. Rəssamın şöhrətinə yeni çalarlar gətirən “Mingəçevir işıqları” əsəri həm Moskvada, həm də Budapeşt şəhərində sərgilənib. Elə ilk fərdi sərgisi də Moskvada keçirilib. O, doğma Bakıya qayıdanda artıq tanınan, sevilən məşhur rəssamlardan biri idi. Yaradıcılığı getdikcə daha da püxtələşirdi. Müasirlərinin mənəvi aləmini, Azərbaycan təbiətinin gözəlliklərini, qurub-yaradan insanların fədakar əməyini tablolarında əks etdirən Mikayıl Abdullayev milli təsviri sənətimizə bədiilik gətirən rəssamlardan sayılır. Ənənəvi mövzularda maraqlı rəsmlər yaradan fırça ustası həmişə aldadıcı effektlərdən, süni mövzulardan, bir sözlə, şişirtmədən qaçıb. O, həyatı da, insanları da gördüyü və duyduğu kimi kətan üzərində əks etdirirdi. Bu səbəbdən də onun bütün əsərlərində ifadəlilik hökm sürüb.

Mikayıl Abdullayevin qəhrəmanları çox olub. Xatirələrində də bu barədə söz açılır, amma onun yaddaşında dərin iz salan böyük bəstəkar Üzeyir Hacıbəyli ilə olan görüşləridir. Teatr muzeyinin yaradılması ilə əlaqədar ekspozisiyada Üzeyir Hacıbəylinin də portreti olmalı idi. Bu şərəfli işi Mikayıl Abdullayevə tapşırıblar. O vaxta kimi Üzeyir bəy heç bir rəssama razılıq verməyib ki, onun portretini çəksin. Mikayıl Abdullayevə olan rəğbətinə görə gənc rəssamın arzusunu rədd etmədi. Beləliklə, bu xoşbəxtlik Mikayıl Abdullayevə qismət oldu ki, üç dəfə Üzeyir Hacıbəylinin portretini naturadan çəkdi.

Bu portret 1943-cü ildə yaradılıb. O vaxt V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil alan gənc rəssamın 22 yaşı vardı. Azərbaycan musiqi sənətinin inkişafına əvəzsiz töhfələr verən Üzeyir bəy isə 58 yaşında idi. Sonralar qələmə aldığı “Unudulmaz obraz” adlı məqaləsində Mikayıl Abdullayev yazırdı: “Üzeyirlə görüşdüyüm, söhbət etdiyim, onun portretlərini yaratdığım günlər həyatımın ən əziz xatirələridir... Üzeyirin mənə bağışladığı fotonu göz bəbəyi kimi qoruyuram. Onun portretini işlədiyim günlərdə tənəffüsarası müğənni və solistlər tez-tez Üzeyir müəllimin yanına məsləhətə gələrdilər. Fikrət Əmirovu, Niyazini, Soltan Hacıbəyovu, Süleyman Ələsgərovu, Əşrəf Abbasovu, Hacı Xanməmmədovu mən ilk dəfə Üzeyir müəllimin yanında görmüşdüm. Böyük bəstəkarımız öz tələbələrinə ata məhəbbəti ilə yanaşır, diqqətlə dinləyir və onlara qayğıkeşlik göstərirdi. Gənc bəstəkar xanımları - Ağabacını, Ədiləni, Şəfiqəni doğma qızları kimi sevirdi”.

Fırça ustasının yaradıcılığında xarici ölkə mövzuları da geniş yer tuturdu. Müxtəlif illərdə Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və digər ölkələrə etdiyi səfərlərdən sonra bütün təəssüratlarını kətan üzərinə köçürürdü. Onun bu rəsmlər silsiləsində “Benqal qızları”, “Racəstan qadınları”, “Qoşa əfqan”, “C.Mansu” kimi əsərləri milli və fərdi xarakteristikası, plastikası, kolorit zənginliyi ilə seçilirdi. Əsasən tematik tablolar ustası kimi tanınan Mikayıl Abdullayev portretlər qalereyası da yaradıb. “Ü.Hacıbəyli”, “Səməd Vurğun”, “M.F.Axundzadə”, “M.F.Vaqif”, “İmadəddin Nəsimi”, “Pianoçu F.Bədəlbəyli”, “Yunis Əmrə” və s. portretlərində rəssam təsvir etdiyi şəxsiyyətlərin daxili aləminə, psixologiyasına nüfuz etməyi, onların iç dünyasını açmağı ustalıqla bacarıb.

Mikayıl Abdullayev həm də bir sıra kitablara çəkdiyi illüstrasiyaların müəllifi kimi tanınıb. Azərbaycan rəssamları arasında ikinci bir fırça ustası tapılmaz ki, o, öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına möhkəm tellərlə bağlı olsun. Dahi Nizamidən başlayaraq ömrünün sonuna kimi tanıdığı yazıçı və nasirlərə qədər bir çox sənətkarların həm portretlərini yaradıb, həm də onların əsərlərinə illüstrasiyalar çəkib. “Kitabi-Dədə Qorqud” dastanına, Nizaminin “Xəmsə”sinə, Füzulinin “Leyli və Məcnun” poemasına, Mirzə İbrahimovun “Gələcək gün”, Süleyman Rəhimovun “Şamo” romanlarına və s. verdiyi bədii tərtibat, işlədiyi rəsmlər həm əsərlərin mövzusuna uyğunluğu, həm də orijinallığı ilə fərqlənirdi.

Hələ sovet dövründə azərbaycanlı rəssamın əsərləri Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə və başqa böyük şəhərlərində nümayiş edilib. Hətta Almaniyanın Berlin və Leypsiq şəhərlərində azərbaycanlı rəssamın fərdi sərgisi də keçirilib. Mikayıl Abdullayev Avropa rəssamlarının dəyər verdiyi, qiymətləndirdiyi və bütün əsərlərini heyrətlə qarşıladığı dahi sənətkar idi.

SSRİ Xalq rəssamı, SSRİ Dövlət və C.Nehru adına Beynəlxalq mükafatlar laureatı, Azərbaycanın İncəsənət xadimi professor Mikayıl Abdullayev doğma vətəni də qarış-qarış gəzməyi çox sevərdi. Onun cənub bölgəsinə olan səfərindən yadigar qalan əsərləri bu gün də rəng çalarının əlvanlığı ilə diqqət çəkir. “Masallı süitası”, “Balaca çoban”, “Məktəbli qızlar” və s. tabloları o qədər maraqlı və baxımlı idi ki, onlardan biri – “Sevinc” lövhəsi 1958-ci ildə Brüsseldə keçirilən Ümumdünya sərgisində gümüş medala layiq görülüb.

O dövrdə azərbaycanlı rəssamın yurdumuzun bir bölgəsi ilə əlaqədar işlədiyi rəsmin dünya arenasına çıxarılması böyük hadisə idi. O cümlədən “Azərbaycan çöllərində”, “Masallı qızları”, “Lənkəranlı qız”, “Çəltik becərənlər”, “Tarlada”, “Abşeronda”, “Xaçmaz qızları”, “Qarabağlı qızlar”, “Astarada çay yığımı” və s. əsərlərində də Azərbaycan qadınlarının əməksevərliyini inandırıcı boyalarla əks etdirib. Bu əsərlərindəki dinamiklik, koloritlik diqqət çəkir. Rəssam elə 1974-cü ildə layiq görüldüyü Azərbaycan Dövlət mükafatı laureatı adını da məhz bu tablolarına görə alıb. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilən Mikayıl Abdullayevin bu sahədəki fəaliyyəti də uğurlu olub. O, həmişə insanlar arasında olmağı çox sevərdi. Hər görüşdən, söhbətdən bir mövzu tapardı. Elə buna görə də onun rəsmləri təbii və canlı idi.

Dövlət müstəqilliyimizi qazandıqdan sonra rəssam Ümummilli Lider Heydər Əliyev tərəfindən “İstiqlal” ordeninə layiq görülüb. Ulu Öndər Heydər Əliyevin sevdiyi rəssamların sırasında Mikayıl Abdullayevin öz yeri vardı. Xalqımız həmişə bu böyük və unudulmaz rəssamla fəxr edib. Rəssamın əsərləri hazırda dünyanın bir sıra muzeylərində saxlanılır: Dehlidə, Londonda, Monrealda, Moskvada və başqa şəhərlərdə.

Mikayıl Abdullayev fırça ilə bərabər qələmə də böyük məhəbbətlə yanaşırdı. Bu unudulmaz insan ötən əsrin 70-ci illərindən başlayaraq həm yerli, həm də xarici mətbuat səhifələrində müxtəlif publisistik yazılarla çıxış edirdi. Onun bu sahədəki yaradıcılığının əsas hissəsini sənət və sənətkarlar haqqında yazdığı məqalələr təşkil edərdi. Rəsm əsərləri kimi qələm məhsulları da oxucular tərəfindən rəğbətlə qarşılanardı.

Bakı metrosunun “Nizami” stansiyasından hər gün yüzlərlə insan keçir. Onlar bu stansiyanın interyerinin tərtibatındakı gözəlliyi dəfələrlə seyr edirlər. Buradakı rəsmlər mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır. Təəssüf ki, bu həssas və zərif duyğulu insan ömrünün ahıl çağında bədnam qonşularımızın başımıza gətirdiyi fəlakətin də şahidi oldu.

20 Yanvar faciəsinin qurbanlarına həsr etdiyi “Nakamların dəfni” əsəri rənglərin dili ilə şəhidlərimizin qəhrəmanlığını əks etdirdi.

Mikayıl Abdullayev möhtəşəm fırçası ilə sənət dünyasında elə bir yol salıb ki, ardıcılları pərvanə kimi onun işığına gəlirlər. Bu sənət işığı əbədidir və Azərbaycan təsviri sənəti var olduqca yaşayacaqdır.

Onun təsviri sənətin inkişafında göstərdiyi xidmətlər, çəkdiyi cəfalar, gecə-gündüz apardığı axtarışlar, qatlaşdığı zəhmət hədər getmədi. Müxtəlif fəxri adlara, təltiflərə layiq görüldü. Ulu Öndər Heydər Əliyevin M.Abdullayevi müstəqillik illərində “İstiqlal” ordeni ilə təltif etməsi buna bariz nümunədir. Həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.

Mikayıl Abdullayev 2002-ci il avqustun 21-də 80 yaşında vəfat edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri