Icma.az
close
up
RU
Bu gün yaxşı oyna, sabah pis oyna, bunu istəmirəm Valdas Dambrauskas

Bu gün yaxşı oyna, sabah pis oyna, bunu istəmirəm Valdas Dambrauskas

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sabah" Misli premyer-liqasının 11-ci tur matçında "Kəpəz"i məğlub etdi - 3:1.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Bütün Azərbaycan xalqını, "Sabah" azarkeşlərini "Zəfər bayram"ı münasibəti ilə təbrik edirəm. Qələbə münasibəti ilə rəhbərliyi, futbolçuları təbrik edirəm. Qələbəyə çox ehtiyacımız var idi. Oyunun məzmunundan heç də razı qalmadım. Çünki biz başlanğıcdan sona qədər çoxlu səhvlər etdik. "Kəpəz"in çox yaxşı oyun planı var idi. Uzun toplarla hücumlara çıxırdılar. Müdafiəçilərimiz diqqətli olmaydılar. Oyundan yox, nəticədən məmnunam. Biz daha çoxunu göstərməliydik. Amma üç xal qazanmışıqsa, mühümdü. Çünki bu üç xal sonradan turnir cədvəlində öz əksini tapır. Hazırda milli komandalara görə fasilə yaranacaq, uşaqlara istirahət verəcəyik. Yaxşı bərpa olunacağıq.
- Oyununuzda daha çox nəyi bəyənmədiniz?
- Mən "Kəpəz"i öz oyun planına görə tərifləmək istəyirəm. Amma bu gün müdafiə xəttimiz kifayət qədər düzgün mövqe seçə bilmirdilər. Dominant "Sabah"ı görə bilmədim. Oyun ritmimiz yaxşı deyildi. Dəyişikliklər etdik. Onlar da oyuna az da olsa, qığılcım qatdı. Hücumları bəzən qapıya zərbələrlə bitirə bilmirdik. "Qarabağ", "Zirə", "Neftçi", "Araz-Naxçıvan", "Turan Tovuz" kimi komandalar belə epizodlarda bizi əfv etməyəcək. Biz onlara qarşı 10 qol fürsəti yarada bilməyəcəyik. Cəmi 1-2 fürsətdən yararlanmalıyıq. Turnir cədvəlinə baxsaq, yaxşıyıq. Amma bu gün gördüyünüz "Sabah" mənim görmək istədiyim "Sabah" deyil. Standartlardan aşağı çıxış etdik, performansımız istədiyim kimi deyildi. Üç qol vurduq. Oyunçular haqqını verdi. Amma biz daha da yaxşı olmalıyıq.
- Müxtəlif ölkələrdə baş məşqçi kimi çempionluq yaşamısız. "Sabah" hazırda 2-ci pillədədi. Komandanızın çempionluq şansını necə dəyərləndirirsiz?
- Həmişə demişəm ki, mənim üçün ən önəmlisi olan bir oyun bitirsə, qarşıdakı məşq və oyundur. Turnir cədvəlinə baxmırıq. Mövsümün sonunda turnir cədvəlində fərqliliklər ola bilər. 10-12 oyun qabaq nələrsə baş verəcəyini düşünək. Biz bu günə fokuslanırıq. Hər oyundan sonra fərdi səhvlərimiz varsa, onu fikirləşirik. Mənim üçün ən önəmlisi davamlılıqdı. Bu gün yaxşı oyna, sabah pis oyna, bunu istəmirəm. Bizim üçün ən önəmli açarlardan biri döyüşkənlik, fokuslanmaqdı. Düzdü, bu gün 3:1 qalib gəldik. Amma düşünün ki, rəqib hesabı 3:2 etsə, bizdə narahatçılıq yaranardı. Fərqli mentalitet yaratmaq istəyirik. Hesabdan asılı olmayaraq, dayanmaq istəmirik. Təkan çox önəmlidi. Bunu əldə etdikdən sonra, yeni ildən sonra nələrin olacağını demək çox çətindi. Bizim "Qarabağ"la oyunumuz var, "Qarabağ"ın "Neftçi" ilə oyunu var. Nə qədər güclü komandalar olacaq, bizlər üçün yaxşı olacaq, çempionatın inkişafı üçün yaxşıdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Noyabr 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri