Icma.az
close
up
RU
Bu gün Zəfər Günüdür

Bu gün Zəfər Günüdür

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2020-ci ilin payızı Azərbaycan üçün elə bir simvol oldu ki, o, xalqın nəsillər boyu ürəyində saxladığı, haqqın qələbəsinə gətirib çıxaran Dəmir Yumruğa çevrilən bir arzusunu gerçəkləşdirdi. Bu, həm göz yaşları ilə yuyulmuş, həm də nəsillərin ən müqəddəs arzuları ilə bəzədilmiş bir Zəfərin simvolu idi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və hər bir vətəndaşın böyük ümidləri ilə 27 sentyabr tarixində Azərbaycan Ordusu illərlə gözlənilən, illərlə ürəklərdə daşıdığımız doğma torpaqların azadlığı uğrunda yürüşə başladı. 30 ilə yaxın işğalda saxlanılan yurd yerlərini azad etmək üçün başlanan bu yürüş xalqın müqavimət ruhu və haqq-ədalət arzusuyla dolu idi. 44 gün - əbədiyyət xəritəsində cəmi 44 gün, amma bu 44 gün xalqın dəyanətini, mübariz gücünü, iradəsini göstərən bir dönəm oldu. Ordunun bir an belə geri çəkilmədiyi bu yol hərbi səhnəyə xalqın hərarətli arzusunu gətirdi.

Ordu xalqın əsrlərlə bəslədiyi arzuları və faciələri ilə toxunmuş əzmkarlıq bayrağını qaldırdı. Azadlıq həsrətində olan Qarabağ haqqında əfsanə artıq həqiqətə çevrildi, bu dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldı.

Bu 44 günlük müharibədə hər bir hərbi əməliyyat yalnız qəhrəmanlıq səhifəsi deyil, həm də xalqın parlaq mədəniyyət yaddaşını canlandıran bir səhnə idi. Cəbrayıl azad edildikdə, Azərbaycan o torpağa yenidən qovuşdu; bu torpaq boyu axıb gedən axırıncı göz yaşları öz mənzilinə çatdı. Müqavimət və əzəmətin simgəsi olan Füzulinin azad olunması xalqımıza sülh göylərinə olan ümidini qaytardı. Zəngilan və Qubadlı, Azərbaycan mədəniyyətində özünəməxsus izi olan hər bir diyar, bir daha bütün bölgənin dirçələcəyi sütunlara çevrildi. Və nəhayət, Şuşa - Azərbaycanın mədəniyyət ocağı, kövrək qəlbi, saf qalası, mənəvi mərkəzi, mübarizənin zirvəsi azad olundu. Şuşa təkcə bir şəhər deyil, Azərbaycan ruhunun təcəssümüdür.

Onun azadlığı bütün millətin zəfər anı oldu.

Azərbaycanın hərbi sahədə qazandığı zəfər diplomatiya cəbhəsində də illərlə hazırlanmışdı. Ermənistanın təcavüzkar siyasətini ifşa etmək, BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi təşkilatların köməyi ilə beynəlxalq koalisiya formalaşdırmaq üçün göstərilən səylər öz bəhrəsini verdi. Faktlar dünya ictimaiyyətinə açıqlandı, erməni ideologiyasının etnik təmizləmə və təcavüzkar genişlənmə üzərində qurulmuş mahiyyəti ifşa edildi.

Ölkənin və xalqın Lideri İlham Əliyevin beynəlxalq forumlardakı çıxışları və azərbaycanlı diplomatların məruzələri Azərbaycanın işğal altındakı ərazilərini azad etmək üçün möhkəm hüquqi və mənəvi əsas yaratdı. Bu həm də informasiya müharibəsində qələbə idi - çünki dünya təcavüzkarın həqiqi, gerçək, mənhus və rəzil simasını gördü.

44 günlük Vətən Müharibəsi sadəcə ordumuzla düşmən arasındakı bir toqquşma yox, hərbi strategiyanın və xalq iradəsinin yeni səviyyədə nümayişi idi. Azərbaycan ilk dəfə tarixində silahlı qüvvələrinin yüksək taktiki hazırlığını, əzmini və nizam-intizamını göstərdi. "Dəmir Yumruq" adlandırılan həlledici əməliyyat işğal zəncirlərini qıran o bağ oldu. Müasir texnologiyalar və müstəsna peşəkarlıqla hazırlanmış əməliyyatlar, hər bir mərhələdə diqqətlə planlaşdırılan manevrlər Azərbaycanın müstəqillik hüququnu müdafiə etməyə qadir olan dünyanın ən güclü ordularından birinə sahib olduğunu nümayiş etdirdi.

O günlərdə tarix canlandı sanki...

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı kimi yaşayış məskənlərimiz bir-bir öz azadlıqlarını geri qazanaraq işğaldan qurtuldu.

Zəfərin zirvəsi 8 noyabrda Şuşanın azad edilməsi oldu. Qarabağın tacı olan Şuşanın azadlığı xalqın qəlbini təntənəli sevinclə doldurdu. Bu tarix sadəcə bir qələbə anı deyil, əzəmət və mərdliyin simvolu olaraq daşla yazılan bir gündür. Çünki Şuşanın azad olunması sadəcə qədim bir qala şəhərinin azadlığı deyil, bir dövrün, bir mədəniyyətin, bir xalqın öz köklərinə qayıtması idi.

Zəfər zalım üzərində qələbəni, haqsızlığın sona çatmasını, yeni bir dövrün başlanmasını simvolizə edir.

8 noyabrda Şuşa yenidən xalqının qucağına qayıdanda, bu, hərbi kampaniyanın sona çatması ilə yanaşı, ölkənin yeni inkişaf mərhələsinin başlanğıcı oldu.

Şuşa unikal memarlığı, məbədləri, məscidləri və mədəniyyət abidələri ilə milli qürur hissini yenidən alovlandıran simvol oldu. Molla Pənah Vaqifin məqbərəsi, Bülbülün ev-muzeyi, Üzeyir Hacıbəylinin heykəli - bütün bunlar dövlətin və şəxsən Prezidentin səyləri sayəsində yeni həyat qazanır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, gələcəkdə Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək və hər bir azərbaycanlının ürəyində qoruyub saxladığı dəyərləri insanlara qaytaracaq.

Bu tarixi zəfər sadəcə hərbi əməliyyatların nəticəsi deyildi; o, illər boyu göstərilən səbirli səylərin, diplomatiya və Ulu Öndər Heydər Əliyevin irsinə, ideallarına sədaqətin bəhrəsi idi. İdrak və qətiyyətlə silahlanmış Muüzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan dövlətini gücləndirərək xalqın tarixi ədalətin bərpasına olan iradəsini möhkəmləndirdi. Beynəlxalq arenada hər çıxışında Ermənistanın təcavüzünü kəskin şəkildə ifşa edən İlham Əliyev münaqişənin mahiyyətini bütün dünyaya çatdırmağa çalışdı. BMT, Avropa İttifaqı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi təşkilatların dəstəyi ilə Azərbaycanın haqqını təsdiqləyən möhkəm hüquqi əsaslar yaradıldı və Ermənistanın işğalçı mahiyyəti dünya miqyasında ifşa edildi.

10 noyabrsa təcavüzkarın tam məğlubiyyət günü oldu. Ermənistan öz məğlubiyyətini etiraf etdi və kapitulyasiya aktını imzalayaraq haqsız iddialarının çöküşünü qəbul etdi. Bu, ədalətin zəfəri anı idi, həqiqətin qalib gəldiyi gün idi və Azərbaycan dünyaya öz azadlıq arzularının sarsılmazlığını nümayiş etdirdi. Ermənistanın uzun illər işğalda saxladığı Azərbaycan torpaqlarını qanuni sahiblərinə qaytarmaq məcburiyyətində qaldığı bu gün bütün millətin yaddaşına həkk olundu.

Azərbaycan Prezidenti İlham Əliyevin 3 dekabr tarixli Fərmanı ilə təsis edilən Zəfər Günü qələbəmizi əbədiyaşar etmək məqsədini daşıyır. Bu gün artıq sadəcə bir təqvim günü deyil, nəsillər boyu qorunub saxlanacaq canlı bir yaddaşdır. 10 dekabr 2020-ci ildə keçirilən zəfər paradı azərbaycanlıların ürəklərini gurultulu bir qürurla doldurdu. Bakının küçələrindən keçən qəhrəmanların simalarında gələcəyə olan güvən və möhkəm iman oxunurdu. Bu parad təkcə hərbi gücün simvolu deyil, həm də millətin müstəqillik və şərəf hüququnu təsdiqləyən bir triumf oldu.

Bu gün Azərbaycan öz qədim torpaqlarını yenidən qurur, onlara əvvəlki əzəmətini və ruhani mənasını qaytarır. Şuşa, Zəfərin simvolu olaraq yenidən canlanır: burada abidələr bərpa olunur, dini və mədəni mərkəzlər yenidən doğulur, Azərbaycan musiqisi və poeziyası ilə dolub-daşır. Bu şəhərin əzəməti onun memarlığında, ruhunda, tarixi yaddaşında gizlidir və bu yaddaş yenidən alovlanaraq bütün dünyanın gözləri qarşısında yenidən dirçəlir.

8 noyabrda Azərbaycanda təsis edilən Zəfər Günü doğma torpaqlarının azadlığı uğrunda həyatını qurban verənlərin xatirəsini anma, milli birliyin və dərin yaddaşın gününə çevrildi. Bu zəfər insanlara ədalətə və öz güclərinə olan inamı qaytardı, hər bir vətəndaşın qəlbində öz ölkəsi və lideri ilə qürur duyma hissini daha da gücləndirdi. 10 dekabrda Bakıda keçirilən zəfər paradı xalqın qəlbini qürurlandırdı və təkcə hərbi gücün deyil, həm də Azərbaycanın möhkəmlənmək və inkişaf etmək üçün sarsılmaz iradəsinin simvoluna çevrildi.

Müharibə qəhrəmanlarının şərəfinə yüksəldilən abidələr, inşa olunan memorial komplekslər və Zəfər Muzeyi hər bir vətəndaşa Azərbaycanın öz torpaqlarını birləşdirmək gücünü və dəyərlərini xatırladır. Bu zəfər gələcək nəsillər üçün dəyərli bir dərs oldu; o, xalqın ruhunun gücü və birliyinin ən çətin sınaqları belə aşa biləcəyini sübut etdi.

Azərbaycanın bu zəfəri sadəcə torpaqların azadlığı deyil, əzmkarlıq və sədaqət tarixidir.

Zəfər ulusun öz gücünə və həqiqətinə olan inamının təntənəsidir.

Hər bir xalqın öz müqəddəs məqamları, anlamları və məkanları var, təbii.

Bizim üçünsə Zəfər Günü xüsusi məna kəsb edir.

Çünki xalq, ordu və Müzəffər Ali Baş Komandan sübut etdilər ki, güc, iradə və işimizə olan inam varsa, Dəmir Yumruqlu qolu kimsə bükə bilməz.

Zəfərimiz mübarək!

Bizi hələ neçə zəfərlər gözləyir...
Elçin Alıoğlu
TREND

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Noyabr 2024 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see379

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see289

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see278

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see257

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see242

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see235

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see232

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see197

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see183

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see183

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see179

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see170

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see167

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see167

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see165

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see163

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see162

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see161

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see159

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri