Bu gündən xəstəlik vərəqələri işçiyə müvafiq müavinətlərin təyinatı üçün əsas olacaq
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 1 may, AZƏRTAC
Mayın 1-dən sığortaolunanlar üçün xəstəlik vərəqələri tibb müəssisələrində elektron sənəd formasında hazırlanaraq, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, DSMF bu e-sənəd əsasında işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə, doğuma görə müavinətlər təyin edəcək.
İşəgötürənlər həmin e-bülletenləri nazirliyin müvafiq informasiya sistemindən, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə bilərlər.
İnnovativ yenilik işçiyə müvafiq müavinətlər təyinatı və ödənişi üzrə xidmətlərin çevikliyinə və keyfiyyətinin, şəffaflığının artırılmasına yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 01 May 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















