Millinin fəaliyyəti dayandırıldı, Obameyanq komandadan kənarlaşdırıldı
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Qabon hökuməti Afrika Millətlər Kubokunda uğursuz çıxışdan sonra ölkənin futbol üzrə milli komandasının fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.
QOL.az xəbər verir ki, komanda qrup mərhələsində keçirdiyi üç oyunun hamısında məğlub olaraq turniri sonuncu pillədə başa vurub.
Qərara əsasən, baş məşqçi və məşqçilər korpusu istefaya göndərilib, komandanın tanınmış futbolçuları Pyer-Emerik Obameyanq və Bruno Ekuele Manqa milli komandadan kənarlaşdırılıb. Yığmanın çıxışı qəbuledilməz adlandıraraq futbol sistemində ciddi islahatlara ehtiyac olduğu bildirilib.
İdman naziri Simplis-Dezir Mamboula televiziyaya açıqlamasında bu barədə deyib: "Komandanın Afrika Millətlər Kubokundakı rüsvayçı çıxışını nəzərə alaraq, hökumət məşqçilər heyətini buraxmaq, milli komandanın fəaliyyətini növbəti xəbərdarlığa qədər dayandırmaq və oyunçular Bruno Ecuele Manga və Pyer-Emerik Obameyanqı heyətdən kənarlaşdırmaq qərarına gəlib".
Obameyanq isə sosial şəbəkədə verdiyi açıqlamada problemlərin təkcə bir futbolçu ilə bağlı olmadığını vurğulayıb.
Qeyd olunur ki, hökumətin bu addımı FIFA-nın futbola dövlət müdaxiləsini qadağan edən qaydaları ilə ziddiyyət təşkil edə və əlavə sanksiyalara səbəb ola bilər.
Baxış sayı:35
Bu xəbər 02 Yanvar 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















