Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

Bu günümüzün əsas hədəflərindən biri Qərbi Azərbaycana qayıdışımızdır ŞƏRH AZƏRTAC

Bu günümüzün əsas hədəflərindən biri Qərbi Azərbaycana qayıdışımızdır ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqları fonunda atılan addımların uğurlu nəticələri göz önündədir. Azərbaycan 30 illik işğal dövründə dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da heç vaxt ruhdan düşmədi, real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatını davam etdirərək ədalətin zəfər çalacağına inamını itirmədi. Ermənilər özlərinə saxta tarix yazıb illərdən bəri dünyanı yalanlarına inandırmağa çalışdılar. Lakin tarix faktlara söykənir, saxtakarlığı sevmir. 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, ötən ilin sentyabr ayında həyata keçirilən birgünlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ədalətin və beynəlxalq hüququn mövcudluğunun təsdiqi və təqdimatı oldu. Artıq bu günümüzün əsas hədəflərindən biri Qərbi Azərbaycana qayıdışımızdır. Dövlətimizin başçısı İlham Əliyev iki il bundan öncə - 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu əminliyi ifadə etdi ki, gün gələcək Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan ən önəmlisi xalqımızın tarixi yaddaşıdır: “Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər. Ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev həmin proqram xarakterli çıxışında Qərbi azərbaycanlıların qayıdışını şərtləndirən amillərlə yanaşı, hədəfləri də açıqladı. Bildirdi ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməli və öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik. Bütün konvensiyalar bu hüququ tanıyır. Buna nail olmaq üçün beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Təbliğat işləri aparılmalıdır. Qərbi Azərbaycanla bağlı beynəlxalq konfranslar keçirilməlidir. Bu mövzunun beynəlxalq gündəliyə salınması əsas hədəflərdən olmalıdır: “Prezident İlham Əliyev həmin görüşdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasını qarşıya mühüm vəzifə kimi qoydu. Bu məqam xüsusi qeyd edildi ki, Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq bu gün vaxt itirməməliyik. Azərbaycan xalqı öz keçmişini yaxşı bilir”.

Malik Həsənov vurğulayıb ki, artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqlənib və uğurla icra edilir: “Birliyimiz, həmrəyliyimiz sayəsində necə Qarabağa və Şərqi Zəngəzura qayıdışımızı təmin ediriksə, Qərbi Azərbaycana da bu qayıdışımız reallığa çevriləcək. Azərbaycan qarşıya qoyduğu hədəfə doğru daim inamla addımlayır. Qərbi Azərbaycan İcması üzərinə düşən missiyanı uğurla yerinə yetirərək həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edən addımları ilə diqqətdədir. “Qayıdış hüququ- Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans da bunun bariz nümunəsidir. Dövlətimizin başçısının konfrans iştirakçılarına müraciətində də qeyd edildiyi kimi, müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr olunan, xalqımızın zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ, dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcək”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin müraciətində hazırda dünyada 120 milyondan çox insanın məcburi köçürülmə problemi ilə qarşılaşdığı və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həllinin mümkünsüzlüyü xüsusilə qeyd edilib.

Tarixi faktlar bu reallıqlara işıq salır ki, Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşdi. Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarıldı. Xalqımız nə qədər böyük bəlalarla üzləşib. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, daha da gücləndi və nəticədə istədiyinə nail oldu. Azad edilmiş torpaqlarımızda bu gün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdır, həyat yenidən canlanır. Bu torpaqlara səfər edən hər kəs erməni vəhşiliklərinin şahidinə çevrilir.

“Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Hazırda azad edilmiş torpaqlarımıza qayıdış bunun təsdiqidir. Doğma yurd-yuvasına qayıdan insanların böyük əksəriyyəti bu torpaqları heç vaxt görməyib. Amma torpaq həsrəti, Vətən sevgisi bu qayıdışı şərtləndirən əsas amillərdən biridir. Tezliklə Qərbi azərbaycanlılar da qayıdışın sevincini yaşayacaqlar. O gün uzaqda deyil”, - deyə Malik Həsənov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see461

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see362

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see358

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see320

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see305

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see276

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see275

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see274

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see188

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see150

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see148

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see144

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see140

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see140

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see133

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see131

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see128

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see126

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see125

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

02 Dekabr 2025 00:58see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri