Icma.az
close
up
RU
Ermənistan hökuməti soydaşlarımızın Qərbi Azərbaycana təhlükəsiz qayıdışını təmin etməlidir ŞƏRH AZƏRTAC

Ermənistan hökuməti soydaşlarımızın Qərbi Azərbaycana təhlükəsiz qayıdışını təmin etməlidir ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 14 yanvar, AZƏRTAC

Qərbi Azərbaycana qayıdış məsələsi gündəlikdən çıxmayacaq. Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində də bəyan etdi ki, soydaşlarımız təhlükəsiz şəraitdə Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşməyənə qədər bu məsələ öz aktuallığını saxlayacaq. Ermənistan tərəfi bu məsələyə praqmatik yanaşmalı və Azərbaycanın haqlı tələbi ətrafında spekulyasiyaya yol verməməlidir. Burada birmənalı şəkildə söhbət insan hüquqlarının bərpasından gedir. Üç yüz min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Bütövlükdə isə həmin bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların sayı 300 mindən bir neçə dəfə çoxdur.

Məlumdur ki, Qərbi Azərbaycandan olan soydaşlarımız mərhələli şəkildə deportasiyaya məruz qalıblar. Ermənistanın bu davranışları açıq şəkildə 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına zidd olaraq etnik təmizləmə idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

O bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması olduqca vacibdir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra rəsmi Bakı üçün Qərbi Azərbaycana qayıdış əsas prioritetlərdən biridir. Ölkəmiz Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın hüquqlarının bərpasının beynəlxalq miqyasda müzakirəyə çıxarılması istiqamətində praktik addımlar atır. Beynəlxalq ekspertlərin iştirakı ilə çoxsaylı müzakirə platformaları təşkil olunur. Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsinə dair çağırışlar edilir. Tarixi həqiqətlər, Azərbaycan tarixi irsinin Qərbi Azərbaycan torpaqlarından silinməsi ilə bağlı faktlar daha geniş auditoriyaya təqdim olunur. Qayıdış Konsepsiyasının bütün prinsipləri müvafiq platformalarda gündəmə gətirilir. Parlamentdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması da bu prosesə əlavə dəstəkdir. Bu, soydaşlarımızın qayıdışı məsələsinin parlament diplomatiyası vasitəsilə beynəlxalq müstəviyə çıxarmaq üçün olduqca vacibdir.

“Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs kütləvi şəkildə dağıdılıb, toponimlər dəyişdirilib. Ümumilikdə Göyçə ərazisində mövcud olmuş yaşayış məskənlərimizin xarabalıqları, Təpəbaşı məhəlləsi bu gün də qalır.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında da qeyd olunduğu kimi, soydaşlarımıza qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər, onların əməlləri Ermənistanda dövlət səviyyəsində təqdir olunur. Başda BMT olmaqla, bütün müvafiq qurumlar insan hüquqlarına münasibətdə ədalətli olmalıdır. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıdışı təmin edilməlidir. Dövlətimizin başçısının da söylədiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu insanları qəbul etməli, onların problemlərini öz dillərindən eşitməlidir.

Təsadüfi deyil ki, Ermənistanın keçmiş prezidenti Levon Ter–Petrosyan da Ermənistanın Qərbi Azərbaycan olduğunu etiraf edib. Hələ 1993-cü ilin iyununda Petrosyan terrorçularla görüşlərinin birində Göyçə gölü, Zəngəzur, Basarkeçər, Uluxanlı, Amasiya rayonlarının adlarını çəkir və bildirirdi ki, bu ərazilərdə azərbaycanlılar çoxluq təşkil edirdi və Ermənistanın müstəqilliyi üçün guya bu faktor böyük təhlükə imiş. Dırnaqarası liberal, dırnaqarası demokrat Petrosyan etiraf edir ki, azərbaycanlıları bu ərazilərdən məqsədli şəkildə deportasiya ediblər.

Prezident İlham Əliyevin də söylədiyi kimi, Petrosyan etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Bu, kifayət qədər ciddi arqumentdir və Ermənistanın irqçi, etnik təmizləmə siyasətinin təsdiqidir”, - deyə N.Məmmədova vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri