Icma.az
close
up
RU
“Əsas prioritetlərdən biri Qərbi Azərbaycana dinc yolla qayıdışdır”

“Əsas prioritetlərdən biri Qərbi Azərbaycana dinc yolla qayıdışdır”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Azərbaycanın çağdaş siyasi və diplomatik gündəliyinin əsas prioritetləri sırasında Qərbi Azərbaycana dinc yolla təhlükəsiz şəkildə qayıdış xüsusi yeri tutur. Bu fundamental problemin həlli üçün beynəlxalq hüquqi əsaslandırma müstəsna əhəmiyyətə malikdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Nizami Səfərov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan beynəlxalq hüququ rəhbər tutaraq BMT-nin nizamnaməsində təsbit edilən prinsiplərə sadiqliyini nümayiş etdirir və tarixi boyu heç bir dövlətə qarşı ərazi iddiaları irəli sürməyib: “İlk növbədə qeyd etmək lazımdır ki, Bu mənada qayıdış məsələsinin hər hansı bir ərazi iddiası ilə, ümumiyyətlə, heç bir bağlantısı yoxdur və ola da bilməz.

İkinci prinsipial məqam ondan ibarətdir ki, 1918-ci ildən başlayaraq dəfələrlə və sonuncu dəfə 1987-1991-ci illərdə Ermənistanın etnik təmizləmə siyasətinin qurbanları olan insanlar və onların varisləri geriyə dönmə təməl hüququndan istifadə etməlidirlər.

Etnik təmizləmələr, deportasiyalar və Azərbaycan əhalisinin qeyri-qanuni transferləri zaman faktorundan asılı olmayaraq, beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinə əsasən soyqırımı və insanlıq əleyhinə cinayətlərın tərkib elementidir və bu cinayətlərin qurbanlarına nəinki geriyə dönmək hüququ, həmçinin kompensasiya almaq hüququ təmin edilir və bu qəbildən olan məsələlər BMT-nin Beynəlxalq hüquq komissiyası tərəfindən birinci oxunuşda qəbul edtiyi "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti haqqında" maddələr layihəsində əksini tapıb.

Üçüncü fundamental məqam ondan ibarətdir ki, indiki Ermənistan ərazisindən zorla çıxarılmış və əsrlər boyu burada yaşamış azərbaycanlılar ermənilərdən fərqli olaraq, de-fakto və de-yure yerli xalq statusuna malikdir. Xatırlatmaq istərdim ki, BMT-nin Baş Assambleyasınən 13 sentyabr 2007-ci il tarixli Bəyannaməsinin 10-cu maddəsinə əsasən, “Yerli xalqlar öz torpaqlarından və ya ərazilərindən məcburi köçürülməyə məruz qala bilməzlər. Müvafiq yerli xalqların azad, əvvəlcədən əldə edilən razılığı olmadan heç bir yerdəyişmə həyata keçirilmir, bu yalnız ədalətli kompensasiyanı və geri qayıtma seçimini nəzərdə tutan razılaşmanın bağlanmasından sonra mümkün ola bilər. Beynəlxalq hüququn digər mühüm yanaşması qeyd edilən Bəyannamənin 8-ci maddəsində əksini taparaq nəzərdə tutur ki, yerli xalqların və onlara mənsub olan şəxslərin məcburi assimilyasiya və ya mədəniyyətlərinin məhv edilməsi məqsədilə təzyiqlərə məruz qalmama hüququ var.

Ermənistanın monoetnik dövlət guruculuğu konsepsiyasına rəğmən, azərbaycanlıların əsrlər boyu yaşadıqları və ənənəvi yaşayış mühitindən zorla ayrılan məkanlara sülh yolu ilə təhlükəsiz formada qayıtmaları beynəlxalq hüquqla müdafiə edilən yanaşmadır və universal xarakterli beynəlxalq razılaşmalar belə bir əhəmiyyətli prosesin həyata keçirilməsi üçün səmərəli qanuni platforma rolunu oynayır”.

Nuranə Daxilqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 May 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri