Icma.az
close
up
RU
Bu hadisələr bölgədə etnik azlıqların təhlükəsizliyi məsələsində ciddi sual işarələri yaratdı Deputat

Bu hadisələr bölgədə etnik azlıqların təhlükəsizliyi məsələsində ciddi sual işarələri yaratdı Deputat

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“27 iyun 2025-ci il tarixində Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan vətəndaşlarına qarşı baş vermiş hadisələr regiondakı etnik münasibətlərin gərginləşməsinin və insan hüquqlarının pozulmasının ən ciddi nümunələrindən biri oldu. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçirilən əməliyyatlar zamanı iki azərbaycanlı vətəndaş həyatını itirdi, bir neçəsi ağır yaralandı və 9 nəfər həbs edildi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 
Deputat bildirib ki, bu hadisələr təkcə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərində deyil, həm də bölgədə etnik azlıqların təhlükəsizliyi məsələsində ciddi sual işarələri yaratdı:
“FSB əməkdaşları tərəfindən Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə keçirilən basqınlar zamanı qeyri-mütənasib güc tətbiq edildi. Şahidlərin ifadələrinə görə, həbs edilənlərdən birinə elektrik cərəyanı ilə işgəncə verildi. Bu, beynəlxalq hüququn əsas prinsiplərinin və insan hüquqlarının kobud şəkildə pozulmasını göstərir. Hadisələrin səbəbi və hüquqi əsası barədə Rusiya rəsmiləri tərəfindən aydın izahat verilmədi, bu da əməliyyatların qanunsuz xarakter daşıdığına dair şübhələri artırdı. Yekaterinburqda baş verən hadisələr təkcə ayrı-ayrı fərdi cinayətlər deyil, daha geniş siyasi kontekstdə qiymətləndirilməlidir. Rusiyadakı azərbaycanlı icmasına qarşı sistematik təzyiqlər son illərdə artmaqdadır və bu, ikitərəfli münasibətlərdə ciddi problemlər yaradır. Yekaterinburq hadisələri regionda etnik azlıqların təhlükəsizliyi məsələsini ön plana çıxardı. Azərbaycan həm öz vətəndaşlarının, həm də Rusiyada yaşayan azərbaycanlı icmasının təhlükəsizliyini təmin etmək üçün kompleks yanaşma tətbiq etməlidir”.
Deputatın sözlərinə görə, bu, diplomatik təmasların gücləndirilməsi, hüquqi mexanizmlərin aktivləşdirilməsi və ictimai rəyin mobilizasiyasını əhatə edir:
“Bu hadisələr həm də Azərbaycanın xarici siyasətində diversifikasiya strategiyasının əhəmiyyətini bir daha sübut etdi. Tek tərəfdaşlığa əsaslanan münasibətlərin risklərini minimuma endirmək üçün çoxtərəfli diplomatik əlaqələrin inkişafı vacibdir. Gələcəkdə belə hadisələrin qarşısının alınması üçün Azərbaycan dövləti həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə daha effektiv mexanizmlərin yaradılmasına yönəlməlidir. Bu, təkcə konkret hadisələrə reaksiya vermək deyil, həm də uzunmüddətli perspektivdə vətəndaşlarının hüquq və təhlükəsizliyini təmin edən sistemli yanaşmanın tətbiqini tələb edir”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 İyul 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri