Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Bu halda bahalaşma kompensasiya edilə bilər İqtisadçı

Bu halda bahalaşma kompensasiya edilə bilər İqtisadçı

Icma.az, Metbuat saytına istinadən bildirir.

Azərbaycan hökuməti 2026-cı ildə inflyasiyanın 4,8 faiz olacağını gözləyir. Bu proqnoz “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da əksini tapıb.

Sənədə əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və məzənnənin sabit qalması fərziyyələri, mal və xidmətlərin tənzimlənən tariflərinin dəyişməsinin təsirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,4 faiz proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2029-cu ildə 4,2 faiz olacağı gözlənilir.

Məsələ ilə bağlı iqtisadçı Murad Calalov Metbuat.az-a bildirib ki, qlobal enerji bazarlarında dalğalanmalar, geosiyasi gərginliklər və təchizat zəncirlərində pozulmalar qiymətlərin davamlı artımına səbəb olur:


“2025-ci il üçün əsas gözlənti ondan ibarət idi ki, faiz dərəcələrinin aşağı salınması inflyasiyanın qarşısının alınmasına xidmət etsin. Bu yanaşma təkcə Azərbaycan üçün deyil, həm də Avropada və ümumilikdə qlobal miqyasda aktuallıq kəsb edir. Lakin nəzərdə tutulan nəticələrə tam nail olunmur. İnflyasiyanın davam etməsinin əsas səbəblərindən biri müharibələrin uzanması, siyasi və iqtisadi sabitliyin pozulması, həm Avropada, həm də digər regionlarda maliyyə böhranının dərinləşməsi ilə bağlıdır. Çünki bu şəraitdə maliyyə mexanizmləri səmərəli fəaliyyət göstərmir.

Avropada inflyasiya hazırda 2,1 faiz səviyyəsindədir və gələn il üçün 2 faizə enəcəyi proqnozlaşdırılır. Bununla belə, mövcud qeyri-sabitlik səbəbindən bu proqnozların reallaşmaması da mümkündür. Azərbaycanda isə indiki inflyasiya 5,9 faiz təşkil edir və 2025-ci il üzrə də bu göstərici nəzərdə tutulur. 2026-cı ildə isə inflyasiyanın 4,7 faizə enəcəyi proqnozlaşdırılır. Lakin qiymət artımları nəticəsində kor inflyasiya (ərzaq və enerji qiymətləri çıxıldıqda digər sahələrdə inflyasiya) davam edərsə, bu proses ümumi inflyasiyanın azalma tendensiyasına mənfi təsir göstərə bilər”.

İqtisadçı qeyd edib ki, ərzaq və enerji sahəsində təzyiq güclənərsə inflyasiyanın davamlılığını artıra bilər ki, bu stagflasiya risklərini də ortaya çıxaracaq:

“Stagflasiya şəraitində ölkələrdə istehsal və investisiya səviyyəsi azalır, idxal və ixrac əməliyyatları zəifləyir, nəticədə maliyyə dövriyyəsi daralır. Bu isə fiskal siyasətin imkanlarını da zəiflədir. Ümumi olaraq, belə vəziyyət inflyasiyanın daha uzun müddət davam etməsinə gətirib çıxarır. Ona görə də dövlət xərclərinin, xüsusilə istehsal və digər strateji sahələr üzrə xərclərin artması qaçılmaz olaraq qalır. Bizim əsas gəlir mənbəyimiz neft sektoru ilə bağlıdır. Bu baxımdan maaş artımı həyata keçirilərsə, heç olmasa, yaşayış səviyyəsinin qismən normallaşmasına şərait yarada bilər. Yəni maaş artımı qiymət artımlarını müəyyən dərəcədə kompensasiya edərək balansı qorumağa imkan verəcəkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Sentyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri