Icma.az
close
up
RU
Bu halda diplom tanınmaya bilər

Bu halda diplom tanınmaya bilər

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

“Diplomu tanınmayan universitet seçmək tələbə üçün həm maddi, həm də mənəvi itkilərə səbəb olur”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında təhsil eksperti Mədinə Hacızadə bildirib. Onun sözlərinə görə, hazırda diplomların tanınması məsələsi xaricdə təhsil alan tələbələr arasında ən çox rast gəlinən problemlərdən biridir:

“Bir çox tələbə diplomunu nə ölkəmizdə, nə də beynəlxalq səviyyədə rəsmi şəkildə təsdiq etdirə bilmir. Tələbələr xaricdə təhsil üçün universitet seçərkən, həmin ali təhsil müəssisəsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanınıb-tanınmadığını və beynəlxalq akkreditasiya sertifikatlarına malik olub-olmadığını mütləq nəzərə almalıdırlar. Bu, gələcəkdə diplomun həm hüquqi, həm də peşəkar səviyyədə keçərli olması üçün əsas şərtlərdəndir. Əks halda, tələbə həm vaxt, həm maliyyə, həm də mənəvi baxımdan ciddi itkilərlə üzləşə bilər. Bu səbəbdən tələbələr seçim mərhələsində mütləq etibarlı mənbələrlə, mütəxəssislərlə və rəsmi qurumlarla əməkdaşlıq etməli, düzgün istiqamətləndirmə əsasında qərar verməlidirlər”.

Mədinə Hacızadə qeyd edib ki, əvvəlki illərdə tələbələr daha çox iqtisadiyyat və biznes sahələrini seçsələr də, son dövrlərdə tibb və mühəndislik istiqamətlərinə maraq xeyli artıb:

“Tibb sahəsi təbii ki, ən məsuliyyətli və praktiki hazırlıq tələb edən sahələrdəndir. Tələbələr bu sahədə biliklərini real kliniki şəraitdə tətbiq etmək imkanı axtarırlar, çünki tibb yalnız nəzəriyyə ilə kifayətlənmir, həm də güclü praktiki bacarıqlar tələb edir. Digər tərəfdən, kompüter mühəndisliyi bu gün həm ölkəmizdə, həm də beynəlxalq əmək bazarında ən çox tələbat olan və gəlirli sahələrdən biridir. Kompüter mühəndisliyi üzrə bakalavr təhsili dörd il, magistratura və doktorantura isə əlavə iki-üç il davam edir. Bu sahədə peşəkar səviyyəyə yüksələn məzunlar üçün geniş iş imkanları mövcuddur. Beynəlxalq şirkətlər, dövlət qurumları və özəl sektor bu kadrları daim axtarır”.

Tələbələrin tez-tez düşündürən “Gələcəkdə iş tapmaqda çətinlik çəkməmək üçün hansı ixtisası seçməliyəm?” sualına da cavab verən Mədinə Hacızadə vurğulayıb ki, bu qərar bazarın tələbatı, şəxsi maraq və fərdi bacarıqlar nəzərə alınaraq verilməlidir:

“Bəzi sahələr – məsələn, tibb, beynəlxalq münasibətlər, hüquq – illərdir ki, ön plandadır və yaxın gələcəkdə bu sahələrə tələbatın azalması gözlənilmir. Digər sahələrdə isə dəyişiklikləri, texnoloji yenilikləri və qlobal tendensiyaları daima izləmək vacibdir”, – deyə ekspert əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 İyul 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri