Bu halda hərbi xidmətə möhlət VERİLMİR Hamının gözlədiyi suala cavab
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Doktorantura təhsili alan şəxslərin hərbi xidmətə çağırışdan möhlət hüququ ilə bağlı yeni açıqlama verilib.
“Yeni Sabah” xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.7-ci maddəsinə əsasən əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alan şəxslərə təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Qeyd olunub ki, doktorantura səviyyəsində əyani təhsil müddəti başa çatdıqdan sonra möhlət hüququ bitir və çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. pizza hut
Xidmətin məlumatına görə, qanunun 23.1.1-ci maddəsinə əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
Bununla yanaşı, mövcud qanunvericilikdə dissertasiya işinin müdafiəsinə görə çağırışçılara əlavə möhlət verilməsi nəzərdə tutulmayıb.
Yəni doktorantura üzrə təhsil müddəti başa çatdıqdan sonra dissertasiya işinin hələ müdafiə edilməməsi ayrıca möhlət üçün əsas hesab edilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 13 Avqust 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















