Icma.az
close
up
RU
Bu halda kiçikhəcmli gəmilərin hərəkəti qadağandır! Müraciət

Bu halda kiçikhəcmli gəmilərin hərəkəti qadağandır! Müraciət

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fövqəladə Hallar Nazirliyi( FHN) kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir:

“FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, kiçikhəcmli gəmi istifadəçiləri, o cümlədən balıq ovu ilə məşğul olan şəxslər tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması nəticəsində arzuolunmaz və bəzən acı hallar yaşanır.

Qeyd olunanları nəzərə alaraq, nazirlik bir daha kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək gəmilərin təhlükəsiz istismarı qaydalarına ciddi riayət etməyə çağırır.

Belə ki, kiçikhəcmli gəmilərin sürücüləri səfərə çıxmazdan əvvəl gəminin sazlığını, müəyyən olunmuş normaya uyğun xilasetmə və zəruri avadanlıqlarla təchiz olunmasını təmin etməli, gəminin sərnişin və yükgötürmə qabiliyyəti üzrə məhdudiyyətləri nəzərə almalı və sərnişinləri gəmidə təhlükəsizlik qaydaları haqqında təlimatlandırmalıdır. Həmçinin, səfər vaxtı üçün proqnozlaşdırılan hava şəraiti öyrənilməli və gəminin üzə biləcəyi maksimal dalğa hündürlüyü və küləyin sürəti nəzərə alınmalıdır. Yadda saxlamaq lazımdır ki, yelkənli və mühərrikli qayıqlar yalnız onların gəmi biletlərində göstərilmiş küləkli və dalğalı hava ilə bağlı məhdudiyyətlərə riayət etməklə hərəkət edə bilərlər.

Kiçikhəcmli avarlı qayıqların isə küləyin sürəti 7 m/san-dən artıq olduqda dənizə çıxması qadağandır. Eləcə də dumanda və görmə məsafəsini məhdudlaşdıran və səmtləri müəyyənləşdirməyin mümkün olmadığı digər əlverişsiz hava şəraitində kiçikhəcmli gəmilərin hərəkəti qadağandır. Sərhəd sularında balıq ovu ilə məşğul olmağa və digər işləri yerinə yetirməyə yalnız günün işıqlı vaxtı icazə verilir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”

Xatırladaq ki, ötən gün Astara rayonu ərazisində, Xəzər dənizində 2 nəfər itkin düşüb. Onlar 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri