Bu halda maaşınız da, pensiyanız da RİSKDƏDİR XƏBƏRDARLIQ
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Əmək müqaviləsi olmadan işləmək bir sıra sosial və əmək hüquqlarının itirilməsi ilə nəticələnə bilər.
Bu barədə "Yeni Sabah"a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, əmək müqaviləsi əmək hüquqlarının əsas təminatlarından biridir. Dominos pizza
Əmək müqaviləsi olmadan çalışan şəxslər iş yerində bədbəxt hadisə baş verdikdə sığorta ödənişi və müavinət almaq imkanından məhrum ola bilərlər.
Bundan başqa, belə şəxslər işsizlikdən sığorta ödənişi və icbari tibbi sığorta imkanlarından yararlana bilməzlər.
Əmək müqaviləsi olmadan işləyənlər iş vaxtından artıq çalışdıqları halda əlavə əməkhaqqı tələb etmək, eləcə də əmək məzuniyyətlərindən istifadə etmək hüququnda problemlərlə üzləşə bilərlər.
Həmçinin əmək münasibətlərinin rəsmiləşdirilməməsi gələcək pensiya təminatında çətinliklər yarada bilər.
Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşları əmək münasibətlərini rəsmiləşdirməyə və əmək hüquqlarını qorumağa çağırıb.
Baxış sayı:66
Bu xəbər 07 Oktyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















