Bu halda “Qarabağ”dan gedəcəyəm Koxalski
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
“Qarabağ”ın və Polşa millisinin qapıçısı Mateuş Koxalski hazırda heç bir klubdan təklif almayıb.
Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a 26 yaşlı qolkiper özü məlumat verib.
Koxalski Azərbaycandakı karyerasını hansı halda davam etdirəcəyini də açıqlayıb:
“Hazırda heç bir təklif yoxdur, ona görə də karyeramla bağlı dəqiq qərar verməmişəm. Yayda nə baş verəcək, bilmirəm. Əgər getmək və arzumun gerçəkləşməsi üçün yaxşı təklif olsa, gedərəm. Təbii ki, bunun üçün də böyük klubdan yaxşı təklif almalıyam ki, reallaşsın. Əks halda, “Qarabağ”da qalaram”.
Qeyd edək ki, Mateuş Koxalskinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Polşa mətbuatının məlumatına görə, 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək müqavilə bəndi qapıçının başqa kluba transferini asanlaşdıra bilər. Bu müddəa bir ay ərzində aktiv olacaq və futbolçunun 2,5 milyon avro qarşılığında klubunu dəyişməsinə imkan verəcək.
Baxış sayı:80
Bu xəbər 15 May 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















