Bu hallara qarşı tədbirlər görülür Audiovizual Şuranın sədri
Icma.az, Metbuat-ə istinadən məlumat verir Bu hallara qarşı tədbirlər görülür Audiovizual Şuranın sədri.
"Media qanunu Azərbaycanda ekstrasenslərin reklamını və onların proqnozlar verməsini qadağan edir. Biz görürük ki, bəzi ölkələrdə bu qanunlar yeni qüvvəyə minir, lakin bizim media məkanında hələ də ekstrasenslərə geniş müsahibələr verilir".
Metbuat.az-ın məlumatına görə, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, şuranın fəaliyyəti media qanunu çərçivəsində tənzimlənir və bütün media subyektləri bu qanunun tələblərinə riayət etməlidir. İsmət Səttarov qeyd edib ki, bəzi hallarda gender ayrı-seçkiliyi və nifrət nitqi müşahidə olunur və bu kimi hallara qarşı tədbirlər görülür.
Şou proqramlarla bağlı məsələyə toxunan İsmət Səttarov onların tamamilə dayandırılmasının mümkün olmadığını bildirib:
"Bu mövzu subyektiv yanaşmaya əsaslanır. Qanunda ailə məsələlərinin şouya çevrilməsinin qarşısını almaqla bağlı konkret müddəalar yoxdur. Belə bir qanunvericilik norması da mövcud deyil".
Sevinc İbrahimzadə / Metbuat.az

