Icma.az
close
up
RU
Yenə qərəzli yanaşma, daha bir ikiüzlülük!

Yenə qərəzli yanaşma, daha bir ikiüzlülük!

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı və İrəvan, nəhayət, böyük sülhün astanasına gəlib. Amma deyəsən, bu mənzərə hamını sevindirmir. Avropa Parlamentinin bəzi dəhlizlərində hələ də köhnə münaqişənin külünü eşələyib, on­dan “siyasi alov” çıxarmaq istəyənlər var. Brüsselin Azərbaycana qarşı tutduğu mövqe bizə məlum acı bir həqiqəti xatırladır.

Qərb paytaxtlarında beynəlxalq hüquq və insan haqları tərəzisi hələ də əyri çəkir. Regionda baş verən köklü də­yişiklikləri görməzdən gəlmək artıq, sadəcə, siyasi korluq deyil, reallığı zorla öz maraqlarına uyğun əymək cəhdidir. Azərbaycan öz gücünə ərazi bütövlüyünü və suverenliyi­ni bərpa edib. Münaqişənin hərbi-siyasi səhifəsi birdəfəlik bağlanıb. İndi Bakı və İrəvan münasibətləri normallaşdır­maq, bağlı yolları açmaq və sülh müqaviləsinə imza atmaq yolunda irəliləyir.

Amma qəribəsi odur ki, region sülhə doğru addımladıq­ca, Avropa Parlamentindəki bəzi qüvvələr əks istiqamətə qaçır. Sanki Brüssel üçün əsas məqsəd münaqişəni bitir­mək yox, onu süni nəfəs aparatına qoşub siyasi gündəlikdə saxlamaqdır. Bunun adı qərəzli yanaşma və ikiüzlülükdür.

Sülhə dəstək, yoxsa...

Avropa Parlamentinin Azər­baycanla bağlı hazırladığı 2026/2147(INI) saylı sənəd layihəsi bu siyasi oyunun nümunəsidir. Mə­ruzəçi rumıniyalı deputat Dan Barna, məsul qurum isə Xarici Əlaqələr Ko­mitəsidir. Ən maraqlı və düşündürü­cü məqam isə məruzəçinin “məsləhət aldığı” ünvanlardır. Rəsmi sənədlər­də Ermənistanın Aİ yanındakı nü­mayəndəliyi ilə yanaşı, Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzinin (ASIMKOM) də adı hal­lanır. Təkcə bu fakt sənədin qərəzli olduğunu deməyə kifayət etməsə də, məsləhətləşmələrin kimlərlə aparıl­dığı və mətnin ümumi ruhu hər şeyi açıq-aydın göstərir. 

Bəs niyə Avropa Parlamenti qərəzli mövqe tutur, regionun yeni reallıqlarına və birbaşa danışıqla­rın ruhuna yox, keçmiş münaqişə dövrünün toz basmış, nəm çəkmiş baxışlarına söykənir? Əgər məqsəd doğrudan da sülhə töhfə vermək­dirsə, ərazi iddiaları, revanşist xə­yallar və sülhü baltalayan ritorika qınanmalıdır. Amma biz nə görürük? Azərbaycana qarşı barmaq silkələyib sərt tələblər qoyurlar, “Dağlıq Qara­bağ” terminindən istifadə edir, insan hüquqlarından danışırlar. Ermənista­nın öhdəliklərinə gəldikdə isə ya göz yumurlar, ya da başını sığallayırlar.

Eyni prinsiplərə fərqli yanaşmalar

İkili standartların ən aydın gö­ründüyü yer məhz ərazi bütövlüyü məsələsidir. Avropa ölkələri öz sər­hədlərinin toxunulmazlığını prinsipi­al şəkildə qoruyur. Bəs söhbət Azər­baycandan gedəndə bu prinsip niyə unudulur? Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parla­mentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov mediaya açıq­lamasında deyib: “Qarabağ məsələ­sində bizi ədalətsiz sülhə sürükləyir­dilər. Misli görünməmiş bir vəziyyət yaranmışdı. Bizə “siz razılaşın, on­suz da bu reallığı dəyişdirmək müm­kün deyil. Bu şəkildə sizə kömək edəcəyik” deyirdilər”.

30 il Azərbaycan torpaqları işğal altında qaldı, BMT qətnamələri icra olunmadı, yüz minlərlə insan öz yur­dundan didərgin düşdü. Həmin illər­də Avropa Parlamentində bugünkü sanksiya çağırışlarının ondabiri qədər səs eşidilmirdi. İndi isə Azərbaycan öz torpaqlarını azad edəndən son­ra Bakıdan ard-arda güzəştlər tələb edirlər. Ərazi bütövlüyü ümumbəşə­ri prinsipdirsə, hamıya münasibətdə eyni cür işləməlidir. Dövlətlərin su­verenliyi parlament fraksiyalarının kaprizlərinə və lobbi qruplarının si­farişlərinə qurban verilə bilməz. 

Hətta “Reuters” və “Associated Press” kimi nüfuzlu agentliklər no­yabrın 23-də yazdılar ki, Ermənis­tanın yeni konstitusiya layihəsi Ba­kının əsas hüquqi narahatlıqlarından birini aradan qaldırır. Belə bir həssas məqamda Qarabağ mövzusunu köh­nə çərçivədə yenidən qızışdırmaq sülhə yox, revanşistlərin maraqlarına xidmət edir.

İnsan hüquqları, yoxsa siyasi təzyiq?

Avropa Parlamentinin sənəd­lərində insan hüquqları və “siyasi məhbus” mövzusu tez-tez yer alır. Bu məsələlərin müzakirəsi normal­dır, çünki heç bir dövlət tənqiddən kənarda deyil. Lakin insan haqları siyasi alver predmetinə və təzyiq vasitəsinə çevrilməməlidir. 2026-cı il oktyabrın 8-də Avropa Parlamenti Azərbaycanda bəzi şəxslərlə bağlı qətnamə qəbul edib. 492 lehinə, 23 əleyhinə səslə təsdiqlənən bu sənəd­də hədəfli sanksiyalar və gələcək tərəfdaşlığın insan haqları şərti ilə məhdudlaşdırılması təklif olunub. Bu, artıq ayrı-ayrı deputatların emo­sional çıxışı deyil, bütöv parlamentin rəsmi mövqeyidir. 

Bəs Ermənistandakı vəziyyət necədir? Oradakı insan haqları, si­yasi həbslər, müxalifətə təzyiqlər və məhkəmələrin müstəqilliyi niyə eyni ciddiliklə araşdırılmır? Qanun və ədalət heç bir ölkə üçün istisna tanımamalıdır. Məsələ Avropa Parla­mentinin Azərbaycandakı problem­lərdən danışmasında deyil. Əsl prob­lem bu qurumun insan haqlarına ikili standartlarla yanaşmasıdır. 

Məhkəmə işlərinə münasibət­də də vahid ölçü olmalıdır. Kim­lərinsə azadlığa buraxılması üçün edilən siyasi çağırışlarla konkret cinayətə görə verilən hüquqi cəza bir-birinə qarışdırılmamalıdır. Xü­susilə ağır cinayətlərə görə məh­kum olunmuş şəxslərdən danışanda zərərçəkənlərin pozulmuş hüquq­larını və məhkəmə qərarlarını gör­məzdən gəlmək ədalətsizlikdir. Bununla bağlı S.Seyidov qeyd edib ki, Avropa Parlamentinin müstəqil ölkənin hüquq-mühafizə və məh­kəmə orqanlarına göstəriş vermək cəhdi beynəlxalq hüquqa və daxi­li işlərə qarışmamaq prinsiplərinə ziddir: “Onlar insan hüquqlarından, demokratiyadan və qanunun alili­yindən dövlətlərə təzyiq göstərmək üçün istifadə edə bilməzlər”.

Hədə-qorxu, yoxsa ədalət?

Görünən odur ki, bu gün Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına əsas maneə region ölkələ­ri yox, prosesi kənardan özlərini dar siyasi ambisiyalarına uyğun yönəlt­mək istəyən dairələrdir. Bu qüvvələr üçün əsas məqsəd bölgədə sabitlik yaratmaq deyil, köhnə münaqişə ocaqlarını süni şəkildə gündəmdə saxlamaqla öz təsir rıçaqlarını qoru­maqdır.

Artıq tarixin arxivinə gömülmüş separatizm mirasına süni nəfəs ver­mək, revanşist meylləri şirnikləndir­mək və açıq-aşkar birtərəfli mövqe tutmaq beynəlxalq sülhyaratma prinsiplərinə daban-dabana ziddir. Tarix artıq öz qəti sözünü deyib. Ar­tıq Azərbaycan beynəlxalq hüquqa söykənərək ərazi bütövlüyünü və su­verenliyinibərpa edib. Bu gün regi­onun gələcəyini uzaq paytaxtlardan gələn diktələr, kağız üzərində qalan tələblər deyil, məhz Bakı ilə İrəvan arasındakı birbaşa, vasitəçisiz dia­loq müəyyənləşdirir. Avropa Parla­mentinin reallıqdan uzaq, qərəzli və ikiüzlü qətnamələri nə bu sahədəki vəziyyəti, nə də yeni geosiyasi düzə­ni dəyişmək gücündədir.

Brüssel üçün seçim, əslində, çox sadədir: ya köhnə stereotiplərdən, lobbi təsirlərindən və ikili standart­lardan əl çəkib regionun aparıcı və söz sahibi olan aktoru ilə qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək, ya da qərəzli siyasi oyunların əsirinə çevrilərək Cənubi Qafqazdakı təsir imkanlarını, vasitəçilik statusunu və etimadını tamamilə itirmək.

Unutmaq olmaz ki, sülhə və əməkdaşlığa gedən yol sanksiya hədələrindən, siyasi təzyiq ritori­kasından yox, məhz ədalətdən, ob­yektivlikdən və dövlətlərin suveren hüquqlarına hörmətdən keçir. Avro­pa institutları bu həqiqəti nə qədər tez dərk etsələr, həm regionun təh­lükəsizliyinə, həm də öz nüfuzları­nın xilasına bir o qədər töhfə vermiş olarlar.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri