Icma.az
close
up
RU
Xurma yeyəndə qabığını soyun SƏBƏB

Xurma yeyəndə qabığını soyun SƏBƏB

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xurmanı yeməzdən əvvəl bəziləri qabığını soyur, digərləri isə qabığı ilə birlikdə yeyir. Bəs əslində hansı üsul daha doğrudur?

Lent.az xarici mediaya istinadən xəbər verir ki, xurmanın qabığı yeməlidir və onu hər dəfə soymağa ehtiyac yoxdur. Lakin bəzi hallarda qabığın çıxarılması sağlamlıq baxımından daha məqsədəuyğun hesab edilir.

Xurmanın qabığını soymaq vacibdirmi?

Xurmanın qabığında qida lifləri, polifenollar və karotinoidlər mövcuddur. Hətta bəzi faydalı bitki birləşmələrinin konsentrasiyası qabıqda meyvənin lətinə nisbətən daha yüksək olur. Bununla belə, qabığı soyulmuş xurma da qida dəyərini qoruyur. Əgər qabıq çox qalın və ya dadı xoşagəlməzdirsə, onu rahatlıqla soymaq olar.

Həzm sistemi ilə bağlı problemləri olan insanlar isə xurmanı qabığı ilə yeyərkən daha diqqətli olmalıdırlar. Çünki qabıqda çoxlu lif və tanin adlanan aşılayıcı maddələr var. Bu maddələr bəzi hallarda həzmi çətinləşdirə bilər. Həddindən artıq xurma istehlakı nadir hallarda mədədə həzm olunmamış qida qalıqlarından və bitki liflərindən ibarət bərk kütlələrin yaranmasına səbəb ola bilər. Bu vəziyyət bezoar adlanır. Xüsusilə mədə əməliyyatı keçirmiş, mədənin boşalması ləngiyən və ya qidanı çeynəməkdə çətinlik çəkən şəxslər ehtiyatlı olmalıdırlar. Belə hallarda xurmanın qabığını soymaq və istehlak miqdarını məhdudlaşdırmaq tövsiyə edilir.

Xurmanı necə yemək daha doğrudur?

Xurmanın yeyilmə üsulu təkcə şəxsi zövqdən deyil, həm də onun növündən və yetişmə dərəcəsindən asılıdır.

Fuyu - Yumru və bir qədər yastı formada olan bu xurma növünü bərk halda da yemək mümkündür. Onu dilimlərə ayıraraq qabığı ilə birlikdə istehlak etmək olar.

Hachiya - Uzunsov və ucu sivri olan bu xurma növü isə Fuyudan fərqlənir. Onu bərk halda yemək məsləhət görülmür. Çünki yetişməmiş meyvədə taninlərin miqdarı yüksək olduğundan ağızda güclü büzüşmə hissi yaradır.

Bu növ xurmanın tam yetişməsini, çox yumşaq və demək olar ki, jeleyəbənzər hala gəlməsini gözləmək lazımdır. Bundan sonra meyvəni iki yerə bölüb şirin lətini qaşıqla yemək, qabığını isə kənara qoymaq olar. Mütəxəssislər xurmanı istehlak etməzdən əvvəl yaxşıca yumağı, həzm problemi olan şəxslərin isə qabığını soyaraq yeməyi tövsiyə edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Noyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri