Icma.az
close
up
RU
“Bu, hansı maraqlara, kimlərə xidmət edən çıxışlardır?!” Elman Nəsirovdan parlamentdəki müzakirələrə REAKSİYA

“Bu, hansı maraqlara, kimlərə xidmət edən çıxışlardır?!” Elman Nəsirovdan parlamentdəki müzakirələrə REAKSİYA

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan Respublikasının Milli Məclisinin deputatı adını daşımaq olduqca şərəfli, bir o qədər də məsuliyyətli bir vəzifədir. Milli Məclisin deputatı öz fikirlərini ifadə edərkən ilk növbədə milli dövlətçilik maraqlarından çıxış etməli, həqiqəti söyləməli, ayrı-ayrı neqativ hallarla bağlı obyektiv mövqe ortaya qoymalıdır. Şişirdilmiş və reallığa uyğun olmayan mövqelər qəbuledilməzdir. Məsələyə bu xüsusda yanaşdıqda təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, parlamentdə 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı plenar iclasın gedişində bəzi deputatların bəzi məsələlərlə bağlı mövqeyi möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətinə və fəlsəfəsinə zidd idi”.
 

Bizim.Media xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Millət vəkilinin sözlərinə görə, səsləndirilən fikirlər elə təəssürat yaradıb ki, sanki ölkədə son 20 il ərzində tarixi əhəmiyyətli heç bir addım atılmayıb:
 

“Əvvəla, o şəxslər ki, obyektiv reallığı görmürlər və ya görmək istəmirlər, xatırladım ki, son 20 il ərzində Azərbaycan dövləti öz tarixinin ən şərəfli dövrünü yaşayır. Ərazi bütövlüyümüz və suverenliyimiz tam, əbədi və qəti bərpa edilib. Eyni zamanda, cənab Prezidentin yeritdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı və təhlükəsizliyi dayanır. Uzağa getməyək, elə haqqında bəhs etdiyimiz büdcənin parametrlərinə baxdıqda belə bu qənaətimiz 100 faiz öz təsdiqini tapır”.


Deputat vurğulayıb ki, büdcədən ən çox vəsait sosial sahəyə ayrılıb: “Büdcə xərclərinin 41 faizi məhz bu sahəyə yönəlib. Bu, təxminən, 17 milyard manat deməkdir. 2024-cü illə müqayisədə bu vəsait 1,4 milyard manat, yəni 8,8 faiz çoxdur. Dövlət büdcəsindən ikinci yerdə ən çox vəsait müdafiə və təhlükəsizlik məsələlərinə ayrılıb. Bu, bütün büdcə xərclərinin 20,3 faizini təşkil edir.
Vəsaitin həcmi 8,4 milyard manatdır. Bunlar çox mühüm göstəricilərdir”.
E.Nəsirov bildirib ki, Azərbaycan dinamik inkişaf tempinə malikdir: “COP29 tədbiri bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan güclü dövlətdir, onun güclü lideri və vətəndaş həmrəyliyi var. Bu reallıqları görməzdən gəlmək yolverilməzdir. Eyni məntiqlə də Milli Məclisin sədri hörməli Sahibə xanım Qafarova reallığa adekvat olmayan, təhrif edilmiş məlumatlar səsləndirən, dövlətçilik maraqlarımızla uzlaşmayan mövqe sərgiləyən deputatlara irad tutdu.
Onlara kəskin şəkildə bildirdi ki, ədalətə söykənmək lazımdır. Ayrı-ayrı kiçik məsələləri şişirtmək olmaz. Tarixi uğurlarımızı qiymətləndirmək lazımdır. Anti-azərbaycan mövqelərlə üst-üstə düşən fikirlərdən uzaq dayanmaq lazımdır. Bu, hansı maraqlara, kimlərə xidmət edən çıxışlardır?! Mən də hakim partiyadan seçilmiş bir deputat olaraq Sahibə xanım Qafarovanın bu mövqeyini dəstəkləyirəm. Hesab edirəm ki, bu yanaşma Azərbaycanın dövlətçilik maraqlarının ən yüksək səviyyədə müdafiə edilməsi məqsədindən qaynaqlanır”.


Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Noyabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see254

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see241

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see195

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see187

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see184

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see183

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see176

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see149

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see130

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see130

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see124

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri