Icma.az
close
up
RU
Bu hekayədə ədəbiyyat adına heç nə yoxdur! Müzakirə

Bu hekayədə ədəbiyyat adına heç nə yoxdur! Müzakirə

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Sahilə Yayanın "Tanya xalanın yumşaq bacarıqları" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

Şərif Ağayar:

"Hekayənin ilk oxucularındanam. Hələ yayımlanmamış oxumuşam. Sahilə çox istədiyim gənc dostlarımdandır. Ona görə hekayəni müzakirə üçün atdığı ilk oxuculardan biri də mən idim. Ona dediyim fikirləri elə burda da davam etdirirəm. Müxtəlif pazllardan eyni mətləbə yığılan mətnlər xoşuma gəlir. Xüsusən, bu müxtəliflik həm də yazıçının multikultural dünyagörüşünü tamamlayırsa. Yəni struktur və forma məzmun və ideyaya üzvi şəkildə bağlanırsa... Eyni zamanda, ilk baxışdan biri-birinə dəxli olmayan və karnaval əhvalı yaradan ayrı-ayrı detallarla yaxşı işləyib. Daha bir üstünlük müasir hadisələrdən bəhs etməsidir. Hətta Ukrayna müharibəsinə qədər... Sonluqda gözdən əlil qəhrəmanın xanımına dediyi bu sözlər isə məni əməlli-başlı təsirləndirdi: “Tanya dünyanı elə təsvir eləyir, öz gözüm olsa, çətin onu belə qəşəng görəm. Hərdən elə ağ eləyir, deyirəm, Tan, axı mən gözübağlı doğulmamışam, azdan-çoxdan gördüyümü görmüşəm, dünya bu qədər rəngli deyil”. Bəlkə, buna görə ki, mənim də yeni çap olunan romanım rənglərlə bağlıdır. Dünyanın rəngarəngliyi ilə. Rəngarəngliyin – müxtəlifliyin təkcə gözəllik yox, həm də yeganə xilas yolu olması ilə. Alternativ həsrəti ilə. Getdikcə bozlaşan cəmiyyətimizdə belə həssas söhbətlərə soyuq yanaşa bilmirəm. Dünya elə Tanyanın gözlərindəki kimi rənglidir, onu pis adamlar solğunlaşdırır".

Şəhriyar del Gerani:

"Aşağı-yuxarı 20 ildir oxuyuram Sahiləni. Eyni ədəbi nəsil hesab olunuruq. Düzü, çoxdandır qadın mətnləri oxumuram. Hekayələr kitabım redaktə prosesindədir, nəşrə hazırlayıram deyə qadın müəllifləri oxumaqdan imtina etmişəm bir müddət. Sahilə azlitdə barmaqsayı qadın müəlliflərdəndir ki, çap olunan, yayımlanan bütün mətnlərini oxumuşam. Onun potensialını çox yaxşı bilirəm. Bu səbəb, ondan daha gözəl hekayələr, daha gözəl mətnlər gözləyirəm. Eşqlər!"

Alpay Azər:

"Bilirik ki, 1990-cı il illər Qarabağ müharibəsində oğullarını itirən analar necə dərd çəkiblər, ağlını itirənlər az olmayıb. Amma bunun uğurlu bədii həlli başqa məsələdir, yəni bu müstəvidə maraqlı detal(lar) tapmaq lazım idi. Tanya xalanın oğlu Saşa Qarabağ müharibəsində öləndən sonra, müəllifin yazdığı “Daha Tanya xala yayda qış üçün hazırlıq görmür, çünki növbəti fəsillərə inanmır. Saşanın öldüyü gün dünya bircə fəsilli yerə çevrilir. Həmişə qışdır, hər şeyi don vurur. Bağçanın Tanya yaşayan küncünə günəş düşmür, üstündə işıqlı günlərin gələcəyi haqqında şüar yazılmış plakat günbəgün, saatbasaat saralır, oxunmaz hala düşür” kimi cümlələr nəsr cümlələri kimi uğurlu olsa da, oxucuda güclü təəssürat oyatmır".

Vüqar Van:

"Təəssüf ki, bu mətn hekayə yox, saxta hisslərin çatışmayan istedadla sintezindən yoğrulmuş sicilləmədir. Zir-zibil dolu sözlər, əsl sözlərin kasıb, miskin qohumları, qeyri-peşəkarlıq, qeyri-orqaniklik, bayağı yeniyetmə fəlsəfəsi...

Hər şey mücərrəddir, gah qar, yağış yağır, gah külək əsir, gah zəlzələ olur. Elə bil hava proqnozuna baxırsan. Nə keçid var, nə sonluq var, nə qəhrəmanın inkişafı var, nə dövrün mənzərəsi var, nə insan hissləri var – bir sözlə, heç nə yoxdur.

Xanım elə bilir ki, bir avtobus adamı hekayəyə dolduranda hekayə daha yaxşı alınacaq.

Müəllif necə özünə bu qədər qeyri-peşəkar olmağa icazə verib, başa düşməkdə çətinlik çəkirəm.

Hekayədə bir-iki normal cümlə var, o da ya plagiatdır, ya da təsirlənmə. İcazə verin, əsaslandırım:

"Ərini də götürüb, hamıdan, hər şeydən çıxıb getdi qadın".

Şəhriyar Del Geraninin şeiri: "biryolluq hamıdan çıxıb gedəsən, bir it qucaqlaya ayaqlarını".

"Elə bil tale insanı lap əvvələ – bağçaya qaytarır ki, hər şeyə təzədən başlasın".

Şəhriyarın şeiri: "qayıdırsan oturduğun stulun ağac vaxtına.
Qayıdırsan yatağının beşik vaxtına".

Hiss olunur ki, xanım Şəhriyar Del Geraninin poeziyasıyla hələ indi-indi tanış olur.

Bütün bunlardan əlavə məni bir sual maraqlandırır: görəsən, xanım özü öz yazdığına inanır?".

Orxan Həsəni:

"Sahilə xanımın bu hekayəsində ədəbiyyat adına heç nə yoxdur! Heç nə!".

"Xəmsə" kolleksiyasının təqdimatı olub Məşhur musiqiçi intihar etdi Tənhalıq vay, ayrılıq vay, ölüm vay... – Musa Yaqub
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:367
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 May 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri