Icma.az
close
up
RU
“Bu həm Naxçıvanın blokadadan çıxmasına imkanlar qazandırır, həm də Naxçıvanla Türkiyə arasında yeni birləşmə bağları yaradır Deputat

“Bu həm Naxçıvanın blokadadan çıxmasına imkanlar qazandırır, həm də Naxçıvanla Türkiyə arasında yeni birləşmə bağları yaradır Deputat

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İğdır -Naxçıvan qaz kəməri xəttinin açılışı həm Naxçıvanın mavi yanacaqla təmin edilməsi baxımından, həm də türk dünyasının birləşməsi baxımından böyük əhəmiyyətə malik hadisədir. Dövlət başçımız açılış mərasimində 1920-ci ildə Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsi məsələsinə də toxundu. Təbii ki, Zəngəzurun alınması nəticəsində Naxçıvanın Azərbaycandan müəyyən mənada ayrı salınması türk dünyası arasında fiziki bağlantının kəsilməsi idi.  Düşünürəm, bu hadisənin törədilməsi türk dünyasının, türk dövlətlərinin birliyinin güclənməsindən qorxduqlarından irəli gəlib”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

“1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyevin rəhbərliyi sayəsində Naxçıvanda monolit birlik yarandı və Naxçıvan erməni işağalçılarından müdafiə oluna bildi. Amma Ermənistan Naxçıvanı blokadaya salıb, çətin durum yaratmışdı. Ulu Öndərin uzaqgörən siyasəti sayəsində o çətin dövrdə Türkiyə ilə sərhəddə Ümid körpüsü açıldı və əlaqəmiz yarandı.  Ümid körpüsü naxçıvanlıların ümid yerinə çevrildi və Türkiyədən ərzaq təminatı alınması üçün şərait yaranmış oldu. Bəli, Azərbaycanla Türkiyə tarixən həm çətin, həm də sevincli günlərdə bir-birinin yanında olmaqla əsl qardaşlığı nümayiş etdiriblər. Bu gün də  dövlət başçılarımızın uzaqgörən siyasəti qardaşlığımızın möhkəmlənməsinə və türk dünyasının yenidən birləşdirilməsinə söykənib”, - Azər Badamov vurğulayıb.

Deputat bildirib ki, bu gün İğdır-Naxçıvan qaz kəməri istifadəyə verildi, yaxın gələcəkdə isə Türkiyənin dəmir yolları və elektrik xətləri ilə Naxçıvan birləşəcək:

“Bu həm Naxçıvanın blokadadan çıxmasına imkanlar qazandırır, həm də çəkilən xətlər Naxçıvanla Türkiyə arasında yeni birləşmə bağları yaradır. Bu marşrutlar Zəngəzur dəhlizi açılandan sonra bütün türk dünyası üçün əhəmiyyətli layihələrə çevriləcək. Çünki Zəngəzur dəhlizi vasitəsilə dəmir və avtomobil yolları, elektrik və qaz xətlərinin də çəkilməsi planlaşdırlır. Bununla da Mərkəzi Asiya ölkələrində istehsal olunan qaz və yaşıl enerjinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana və Naxçıvanla Türkiyə arasında yaradılan kommuniaksaiyalar vasitəsilə Avropa bazarlarına çıxarmaq imkanı reallaşacaq. Zəngəzur dəhlizinin açılması Azərbaycan və Türkiyənin başlıca məqsədlərindəndir. Bu baxımdan Türkiyə ilə Azərbaycan arasında yaradılan nəqliyyat kommunikasiyaların bu gün Naxçıvanın təminatı üçün olduğu görünsə də, gələcəkdə türk dünyasını birləşdirəcək layihələrə çevriləcək. Buna şübhəmiz yoxdur”. 

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://pravda.az
archiveBu xəbər 06 Mart 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see190

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see134

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see123

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Maskın təklifi

08 İyun 2025 04:23see114

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see112

Bakıda 2 avtomobildən avtomat tapıldı

07 İyun 2025 12:28see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri