Icma.az
close
up
RU
Bu, Paşinyanın həm də həyatını itirməsi deməkdir Deputat

Bu, Paşinyanın həm də həyatını itirməsi deməkdir Deputat

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Aprelin 15-də parlamentdəki çıxışı zamanı Ermənistan baş nazirinin psixologiyasının və elə əhvalının da o qədər də yerində olmadığını təsdiqləyən kadrları yayan Rusiya sayt və teleqram kanalları, həmən xəbərdəcə Paşinyanın Azərbaycanla birgə Minsk qrupunu buraxmaqla bağlı addım ata biləcəkləri haqda açıqlamasını da dərc ediblər. Rusiyanın bütün sayt və teleqram kanallarında Ermənistan baş nazirinin parlamentdəki çıxışı zamanı etdiyi qəribə hərəkətlərlə, həmən açıqlamasının bir yerdə dərci, məncə, Minsk qrupunun buraxılması ideyasının heç də xoşa gəlmədiyinə verilən dolayı reaksiyadır”.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Onun sözlərinə görə, aprelin 4-də Ermənistan prezidenti Vaahn Xaçatryanın ölkəsinin Avropa Birliyinə üzvlük prosesinin başlanması haqqında qanunu imzalamasından 10 gün keçməmiş Erməni Sahibkarlar Assosiasiyasının Moskvada biznes forumunun təşkili, həmən qurumun prezidenti, “Taşir” Şirkətlər Qrupunun təsisçisi Samvel Karapetyanın Avropa Birliyinə üzvülük cəhdinin Ermənistan üçün heç də yaxşı nəticələnməyəcəyi haqda xəbərdarlığı buna Kremlin birbaşa və açıq etirazıdır. “Bu həm də o deməkdir ki, Rusiyada 2026-cı ildə Ermənistanda keçirilməsi planlaşdırılan parlament seçkisinə hazırlığa start verilib və onun maliyyələşməsini də məhz oradakı ən varlı hayın başında durduğu Sahibkarlar Assosiasiyası reallaşdıracaq”, - o qeyd edib.

Deputat əlavə edib ki, pul paylamaqla Ermənistanda seçici səsini qazanmağın mümkünlüyü artıq İrəvandan sonra ikinci böyük şəhər sayılan Gümrüdə keçirilən seçkidə öz təsdiqini tapdı: “Paşinyanın sözügedən seçkidə bütün inzibati mexanizmləri işə salmasına, hətta kampaniyaya qatılmasına baxmayaraq dünən müxalifətin təmsilçisi Vardan Qukasyan mer seçildi. Özünü kommunist kimi təqdim edən bu mafioz elə ilk gündəcə ölkəsini Rusiya ilə Belarusun yaratdıqları ittifaq dövlətinə üzvlüyə çağırdı. Qukasyan nədən belə bir istəyinin olduğunu onlara xas bəzi saxtakarlıqlara da yol verməklə bu cür izah edir: “1920-ci ilin 20 avqustunda Rusiya ilə imzalanan müqaviləyə görə, Zəngəzur, Qarabağ və Naxçıvan bizə verilirdi. Və elə həmən gün imzalanan Sevr anlaşmasında ingilislərlə fransızlar bizə 160 min kv. km. ərazi vəd etdilər. Biz onlara inandıq. Bir neçə gün sonra türklər nə vardı əlimizdən aldılar və Aleksandropol anlaşmasına görə bizə cəmisi 9,7 kv. km. torpaq saxladılar. Ruslarsız bizim indiki kimi 29,8 kv. km. ərazimiz olmazdı”.

Beləliklə, ABŞ-Rusiya sövdələşməsi az-çox Moskvanın arzuladığı şəkildə bitəcəyi halda Paşinyanı böyük təhlükələr gözlədiyi artıq duyulmaqdadır. Özündən əvvəlki nasist sələflərindən fərqli olaraq onun üçün hakimiyyəti itirmək, həm də həyatını itirmək deməkdir. 

Mümkündür ki, belə bir perspektivlə üzləşə biləcəyini hiss etdiyindən Ermənistan baş naziri parlamentdəki çıxışında o cür isterikcəsinə davranırdı və eyni zamanda da verdiyi açıqlamalarda Azərbaycanın konstitusiyalarına dəyişiklik, Minsk qrupunun buraxılmasıyla bağlı tələblərinin heç də əsassız olmadığını sərgiləyirdi”.

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Aprel 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see336

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see298

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see281

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see279

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see277

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see274

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see261

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see248

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see248

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see244

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see237

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see234

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see232

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see231

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see225

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see220

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see220

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see190

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see187

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri