“Bu, həm Suriya liderinin, həm də Türkiyənin uğurudur” “İsrail heç nə edə bilmədi”
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Suriya ordusunun ölkənin şimal-şərqini nəzarətə götürməsi, şəhər və qəsəbələri arda-arda YPG/SDQ qruplaşmasından azad etməsi böyük regional hadisədir. Bu, həm Suriya lideri Əhməd əş-Şaraanın, həm də Türkiyənin uğurudur”.
“AzPolitika” bildirir ki, bunları politoloq Elxan Şahinoğlu yazıb.
Ekspert xatırladır ki, Suriyada vətəndaş müharibəsi başlayanda yaranmş vəziyyətdən istifadə edən PKK-ya bağlı terrorçu qruplar Suriyanın şimal-şərqini işğal etmişdi. “Bu Türkiyəni ciddi narahat edirdi. Çünki YPG və PYD Türkiyəyə sərhəd əraziləri də ələ keçirmişdi. Türkiyə məhz sərhəd əraziləri terrorçulardan azad etmək üçün Suriya ərazisində bir neçə hərbi əməliyyat həyata keçirdi”, - o əlavə edib.
E.Şahinoğlu qeyd edir ki, PKK-nın Suriyadakı uzantıları olan YPG və PYD sonrakı illərdə Vaşinqtonun təklifi ilə adını Suriya Demokratik Qüvvələri (SDF) şəkilndə dəyişdi: “Yeni adın qoyulmasında birinci məqsəd Türkiyənin narahatlığını azaltmaq, ikinci məqsəd bu ad altında Suriyadakı digər etnik qrupları birləşdirmək idi. Vaşinqton və SDQ hər iki məqsədə nail olmadılar, nə Türkiyənin narahatlığı azaldı, nə də digər etnik qruplar şəhərlərinin SDQ tərəfindən nəzarətini qəbul etdilər. Bunun nəticəsidir ki, Suriya ordusu ölkə ərazisini SDQ qüvvələrindən azad edərkən, insanlar küçələrə çıxaraq bunu bayram edirlər. ABŞ Suriya liderinin ölkənin şimal-şərqini azad etməsinə mane olmadı. Halbuki, SDQ-ni son illərə qədər Pentaqon və Dövlət Departamenti himayə edirdi. İsrail də PKK-nın uzantılarına dəstək verirdi. Ancaq ABŞ Prezidenti Donald Tramp sonda Türkiyə və Suriya lideri Əhməd əş-Şaraanı seçdi və SDQ əsas himayədarını itirdi. Vaşinqton kənara çəkildikdən sonra SDQ-yə dəstək verən İsrail də heç nə edə bilmədi”.
Politoloq vurğulayır ki, Suriya ordusu su, elektrik və neft yataqlarını da nəzarətə götürüb. Bununla SDQ gəlir imkanlarını itirdi və maliyyə resursları olmadan Dəməşqdən böyük muxtariyyət tələb edə bilməyəcək. Ekspert vurğulayıb ki, bundan sonra SDQ ya təslim olmalı, ya da əvvəlki razılaşmaya əsasən Suriya ordusunun tərkibinə qatılmalıdır. Suriyada SDQ amilinin ortadan qaldırılması PKK-nın da təslim olması prosesini sürətləndirməlidir.
Rasim Əliyev
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 19 Yanvar 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















