Yeni dublyaj siyasəti: Azərbaycan kinosunun beynəlxalq rəqabət qabiliyyəti
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Azərbaycanın mədəni strategiyası çərçivəsində dublyaj sənayesinin inkişafına xüsusi önəm verilir.
Bu təşəbbüs kino və media məzmununun keyfiyyətini yüksəltməklə yanaşı, milli mədəniyyətin həm daxildə, həm də beynəlxalq səviyyədə təbliğinə töhfə verməyi hədəfləyir.
Modern texnologiyaların tətbiqi və peşəkar təlim proqramlarının yaradılması ilə yeni dublyaj siyasəti, Azərbaycan kinosunun regional və beynəlxalq rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq potensialına malikdir.
Yeni dublyaj siyasəti Azərbaycan kinosunun regional və beynəlxalq rəqabət qabiliyyətini artıra bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən dublyaj aktyoru Kamal Yaşar bildirib ki, beynəlxalq rəqabət hələlik Azərbaycan kino bazarında tam təmin olunmayıb, çünki lokal bazar hələ kifayət qədər imkan və resurs təqdim etmir:
"Bu səbəbdən, ölkə daxilində istehsal olunan filmlərin keyfiyyəti və yayımlanması daha çox yerli auditoriyanın tələblərinə uyğunlaşdırılır. Lakin həyata keçiriləcək struktur uğurla icra olunsa, mütəxəssislər xarici ölkələrdə təlim və təcrübə toplayaraq, biliklərini daha da zənginləşdirə biləcəklər. Sonrakı mərhələdə isə bu mütəxəssislərin geri dönərək yerli bazarı gücləndirməsi və kino sənayesinin inkişafına töhfə verməsi gözlənilir".
Həmsöhbətimizin dediyinə görə, hazırda əsas problem ondan ibarətdir ki, ölkədə fəaliyyət göstərən kinoteatrların heç biri Azərbaycan dilində dublyaj edilmiş film nümayiş etdirmir:
"Bu, təkcə dil məsələsi deyil, həm də kino keyfiyyətinin və auditoriya təcrübəsinin artırılması üçün vacib bir faktordur. Yerli dublyaj və səs effektləri üzərində işləmək, həmçinin peşəkar kinematoqrafiya təcrübəsini artırmaq, gələcəkdə daha keyfiyyətli və beynəlxalq səviyyədə rəqabət apara biləcək filmlərin hazırlanmasına imkan verə bilər".

Kamal Yaşar: Azərbaycan kino sektoru həm yerli, həm də beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli hala gətirilə bilər
Kamal Yaşar əlavə edib ki, beynəlxalq bazar hələlik ikinci plana keçsə də, Azərbaycanlıların yaşadığı digər ölkələrdə müəyyən layihələrin həyata keçirilməsi, yerli filmlərin həmin auditoriyada tanıdılması mümkündür.
"Bu, təkcə iqtisadi baxımdan deyil, həm də mədəniyyətlərarası əlaqələrin güclənməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, dublyaj sahəsində peşəkarlığın artırılması və texnoloji imkanların genişləndirilməsi, həm yerli bazarda daha çox film istehsalına, həm də beynəlxalq auditoriyaya çıxış imkanlarının artırılmasına şərait yaradacaq",- müsahibimiz deyib.
Sonda o vurğulayıb ki, yerli kino sənayesinin inkişafı üçün həm daxili, həm də xarici resurslardan səmərəli istifadə, peşəkar kadr hazırlığı və dil məsələlərinin həlli əsas strateji amillərdən hesab olunur:
"Azərbaycan kino sektoru həm yerli, həm də beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli hala gətirilə bilər".
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 19 Yanvar 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















