Bu həm vaxt itkisini azaldacaq, həm də sənəd dövriyyəsindəki gecikmələri minimuma endirəcək Mütəxəssis rəyi
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Məlum olduğu kimi, Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edib. Qərara əsasən, “İcazə” blanklarının elektron mübadiləsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi ilə edən ölkələrlə mübadilə yalnız elektron qaydada, digər ölkələr ilə mübadilə isə kağız daşıyıcıda həyata keçirilir. “Elektron mübadilə olan ölkələrlə sənədlər artıq kağız daşıyıcı olmadan, birbaşa rəqəmsal sistem üzərindən həyata keçiriləcək. Bu isə həm vaxt itkisini azaldacaq, həm də sənəd dövriyyəsindəki gecikmələri minimuma endirəcək”.
İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a deyib. İqtisadçının sözlərinə görə, nəticədə sərhəd-keçid prosesləri daha sürətli olacaq, nəqliyyat şirkətləri üçün bürokratik maneələr azalacaq və logistika zənciri daha səmərəli işləyəcək. Eyni zamanda insan faktorunun azalması korrupsiya risklərini də aşağı sala bilər və prosesin şəffaflığını artıra bilər.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 07 İyul 2026 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















