Bu, hər bir Amerika vətəndaşına qarşı ədalətsizlikdir
Operativ MM saytına istinadən Icma.az xəbər verir.
Ağ Ev Müxbirlər Assosiasiyası (WHCA) "Associated Press" (AP), "Bloomberg News" və "Reuters" xəbər agentliklərinin jurnalistlərinin ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfərini işıqlandırmaq üçün prezident təyyarəsinə buraxılmamasına reaksiya verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
WHCA-nın bəyanatında deyilir ki, AP, "Bloomberg" və "Reuters" müxbirlərinin Trampın Yaxın Şərqə səfərini işıqlandırmaq üçün prezidentin "Air Force One" təyyarəsinə minməsinə icazə verilməyib və bu, narahatlıq doğurur.
"Onların xəbərləri hər gün dünyada minlərlə media orqanına və milyonlarla oxucuya sürətlə yayılır və hər kəsin prezidentlə bağlı hadisələrə bərabər çıxışı təmin edilir. Bu dəyişiklik öz ölkəsinin liderinin nə etdiyini dərhal bilməyə layiq olan hər bir Amerika vətəndaşına qarşı ədalətsizlikdir", - bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 13 May 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















