Icma.az
close
up
RU
“Bu, hərbi toqquşma ehtimalını yüksəldir”

“Bu, hərbi toqquşma ehtimalını yüksəldir”

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Son zamanlar Rusiya – Ukrayna müharibəsi bitdikdən sonra Qarabağ niyə ən təhlükəli münaqişə hesab olunur? Ümumiyyətlə, toqquşma baş tutacaqmı? Öncə onu qeyd edə bilərəm ki, Sülh sazişinin hələ imzalanmaması və danışıqların dalana dirənməsi hərbi toqquşma ehtimalını yüksəldir. Sülh prosesində problem yarandıqda hərbi toqquşmaların yenidən başlaması ehtimalı artır və hazırda bu mərhələ müşahidə olunur. Ermənistanın hərbi toqquşma riski ilə bağlı bəyanatları və bölgədəki son hadisələr narahatlıq doğurur. Son vaxtlar Ermənistan Qərb dövlətlərinin, xüsusilə Fransa və ABŞ-nin dəstəyi ilə silahlanmasını artırır. Hindistandan "Pralay" raketlərinin alınması planları da bu silahlanmanın bir hissəsidir. Bu raketlər 150-500 km uçuş məsafəsinə malikdir və mobil buraxılış qurğusundan buraxıla bilər. Buna missal olaraq son illər Ermənistanın arsenalına cəlb etdiyi digər hərbi təyinatlı alışları da əlavə etmək olar”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında hərbi ekspert Anar Şuşalı söyləyib.

A.Şuşalı Ermənistanın sərhəddə hərbi texnika cəmləşdirməsi siyasətinin Cənubi Qafqazda gərginliyi artırmaqla yanaşı, Azərbaycana beynəlxalq təzyiqin formalaşdırılmasının tərkib hissəsi olduğunu diqqətə çatdırıb: “Hərbi toqquşma riski var və Ermənistan tərəfi sülh müqaviləsinin bağlanmasından boyun qaçırır. Azərbaycan da öz növbəsində hərbi xərclərini artıraraq müdafiə qabiliyyətini gücləndirir. 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Bu addım Ermənistanın artan silahlanmasına cavab tədbiri kimi qiymətləndirilir”.

Ekspertin sözlərinə görə, sülh sazişi imzalanmadığı müddətdə hərbi toqquşma riski qalmaqdadır: “Ermənistanın silahlanması və hücum silahları ilə təchiz olunması da sülhü təhdid edən əsas amillərdən biridir. Bütün bu faktorlar nəzərə alındıqda, bölgədə hərbi toqquşma riskinin artdığı müşahidə olunur. Hər iki tərəfin silahlanma yarışına girməsi və sərhəddəki gərginliklər eskalasiya ehtimalını yüksəldir. Bu vəziyyətdə sülh danışıqlarının davam etdirilməsi və diplomatik həll yollarının axtarılması vacibdir. Bütün bu faktorlar nəzərə alındıqda, bölgədə hərbi toqquşma ehtimalı yüksək olaraq qalır”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Mart 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri