Bu həyatda heç kimin səmimiyyətinə inanmıram”
Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müğənni Türkan Vəlizadə ATV-də yayımlanan “Rəngarəng” verilişində qonaq olub.
Missiya.Az xəbər verir ki, proqramın aparıcısı Zaur Nəbioğlu “Bu yaxınlarda Elgiz Əkbərin bir videosunu gördüm. Orada deyirdi: “Mən Türkan Vəlizadədən çox digər xanım ifaçını bəyənirəm” deyə Türkana bildirib.
İfaçı cavabında qeyd edib: “Heç kimə deyə bilmərəm ki, məni sev. Zövqlər müxtəlifdir. Hər kəs məni sevməyə bilər. Kimisi sevir, kimisi sevmir. Hamının xətri mənim üçün əzizdir. Yəqin bu da onun fikridir, hörmətlə yanaşıram və təşəkkür edirəm. Ola bilər... Mən bu məqamlara görə artıq insanların səmimiyyətinə inanmıram. Məni görən zaman üzümə gülürlər, qarşıma gələrək gözəl münasibət göstərirlər. Sonra isə arxada, efir önünə keçən kimi müəyyən sözlər danışırlar. Bu həyatda heç kimin səmimiyyətinə inanmıram”.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 07 Mart 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















