Icma.az
close
up
RU
Bu içkilər insanı 25 yaşında qocaldır Həkimdən ŞOK XƏBƏRDARLIQ

Bu içkilər insanı 25 yaşında qocaldır Həkimdən ŞOK XƏBƏRDARLIQ

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yay günlərinin istisi insanı daha tez yorur, diqqəti yayındırır və halsızlıq hissi yaradır. Belə vəziyyətlərdə bir çoxları enerjini bərpa etmək üçün enerji içkilərinə üz tutur. Lakin mütəxəssislər xəbərdarlıq edir: bu qısa müddətli həll uzunmüddətli sağlamlıq problemlərinə yol açır və orqanizm üçün ciddi risk daşıyır.

Mövzu ilə bağlı diyetoloq-həkim Ləman Süleymanova Musavat.com-a danışıb:

“Ümumiyyətlə, yay fəsli elə bir dövrdür ki, bu mövsümdə insanların daha çox soyuq qidalara və sərinləşdirici içkilərə meyli artır. Qış fəsli ilə müqayisədə, yayda orqanizmdə su və maye mübadiləsi daha da aktivləşir, nəticədə insanın suya olan tələbatı yüksəlir. Bu proses günəş şüalarının təsiri ilə əlaqəlidir. Günəş şüaları altında müəyyən maddələr aktivləşir, bu isə insan orqanizminə birbaşa təsir göstərir. Nəticədə, insanda bəzi maddələr ifraz olunmağa başlayır, beyində xüsusi impulslar yaranır və onlar müxtəlif orqanlara ötürülür. Bu impulslar həm orqanizmin fəaliyyətinə, həm də insanın artan su tələbatına təsir edir”.

Diyetoloq-həkim qeyd edib ki, bəzən insanlar yay fəslində artan susuzluqlarını təmiz su ilə deyil, qazlı içkilər, energetik içkilər və müxtəlif rəngli şirinləşdirilmiş içkilərlə ödəməyə çalışırlar ki, bu da orqanizm üçün olduqca təhlükəlidir:

“Xüsusən də gənclər arasında geniş yayılan energetik içkilərin istifadəsi ciddi sağlamlıq riskləri yaradır. Bu içkilərin reklamları televiziyada, radioda, sosial şəbəkələrdə, o cümlədən Instagram səhifələrində geniş şəkildə yayımlanır və əksər hallarda onların faydalı olduğu təəssüratı yaradılır. Reklamlarda tərkibinə guya “bitki ekstraktları”, “taurin”, “amin turşuları” və ya “kofein” daxil olduğu vurğulanır. Amma reallıqda bu içkilərin tərkibində çoxlu miqdarda şəkər, dadlandırıcılar və süni qatqılar olur.

Daha da təhlükəlisi odur ki, bəzi energetik içkilərin tərkibində orqanizmə asılılıq yarada biləcək maddələr mövcuddur. Bu maddələr bir növ sinir sisteminə narkotik tipli təsir göstərir, insanın psixoloji və fizioloji vəziyyətini dəyişir, ürək-damar sisteminə güclü təzyiq edir. Davamlı istifadə zamanı isə ürək ritm pozğunluqları, yuxusuzluq, əsəbilik, qan təzyiqinin yüksəlməsi kimi ağır fəsadlar müşahidə oluna bilər”.

Ləman Süleymanova bildirib ki, energetik içkilər insan orqanizminin daxili orqanlarına son dərəcə zərərli təsir göstərir:

“Bu içkilər yalnız ürək-damar və sinir sisteminə deyil, həm də hormonal tarazlığa ciddi şəkildə mənfi təsir edir.

Kişilərdə energetik içkilərin həddindən artıq istifadəsi testosteron hormonunun fəaliyyətini zəiflədir, nəticədə cinsi zəiflik, reproduktiv problemlər və sonsuzluq halları müşahidə oluna bilər.
Qadınlarda isə bu içkilər yumurtalıqların normal fəaliyyətini pozur, hormonal balansı dəyişdirir, hətta erkən yaşlarda klimakterik dövrün başlamasına gətirib çıxara bilər. Yəni reproduktiv sağlamlıq üçün ciddi təhlükə yaradır.

Erkən yaşda — xüsusilə yeniyetmə qız və oğlanların bu içkilərdən istifadə etməsi gələcəkdə daha ağır nəticələr doğurur. Belə ki, orqanizm hələ inkişaf mərhələsində ikən qəbul edilən energetik içkilər 25–26 yaşında gəncin vaxtından əvvəl qocalmasına səbəb ola bilər. Bu zaman daxili orqanlar sürətlə sıradan çıxır və insan özünü 55–60 yaşındakı kimi hiss edir.

Bundan əlavə, energetik içkilər sonsuzluq riskini artırır, baş ağrıları, yuxusuzluq və əsəbilik yaradır, tənəffüs problemlərinə, təngnəfəsliyə səbəb olur, sümük və oynaq ağrılarını gücləndirir.

Ən əsası isə qaraciyər və mədəaltı vəzinin fəaliyyətini pozaraq orqanizmi bərbad vəziyyətə gətirir.

Əslində, energetik içkilərin tərkibində asılılıq yaradan maddələr mövcuddur. Bu, narkotik təsirinə bənzər nəticələr doğurur: yuxu rejiminin pozulması, əsəb sisteminin zəifləməsi və orqanizmin getdikcə asılı hala düşməsi.

Təkcə energetik içkilər deyil, eyni zamanda bazarda tanınmış bir çox rəngli qazlı içkilər də sağlamlıq üçün eyni dərəcədə zərərlidir. Onların tərkibində yüksək miqdarda şəkər, dadlandırıcılar və süni qatqılar olduğundan, uzunmüddətli istifadəsi həm böyüklərdə, həm də uşaqlarda ciddi fəsadlara səbəb olur”.

Xalidə Gəray
Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Avqust 2025 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri