Şirin qazlı içkilər spirtin dadını gizlədir Həkimdən XƏBƏRDARLIQ
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qazlı içki ilə spirt içməyin əsas təhlükəsi zəhərli maddə deyil, insanın daha tez sərxoş olmasıdır.
Redaktor.az xəbər verir ki, bunu lenta.ru-ya açıqlamasında həkim Aleksandr Novikov bildirib.
Onun sözlərinə görə, qaz mədəni qıcıqlandırır və spirt daha tez bağırsağa keçir. Orada isə spirt daha sürətlə qana sorulur. Buna görə də insan adi halda içdiyindən daha tez və daha güclü sərxoş olur.
Həkim deyir ki, bu zaman insan həddini hiss etmir, çünki təsir birdən gəlir. Üstəlik, şirin qazlı içkilər spirtin dadını gizlədir və nəticədə insan daha çox içir.
Bundan başqa, qaz və şəkər qaraciyər və mədəaltı vəziyə əlavə yük salır. Xüsusilə qastrit və ya mədə problemi olanlarda bu, köp, narahatlıq və ürək yanmasına səbəb ola bilər.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 15 Aprel 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















