Icma.az
close
up
RU
Bu iki müharibə hərbin gələcəyini həmişəlik dəyişib

Bu iki müharibə hərbin gələcəyini həmişəlik dəyişib

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyada elə müharibələr var ki, onlar yalnız mübarizə aparan tərəflərin deyil, bütün dünyanın aqibətinə, onun bugünü və gələcəyinə həlledici təsir göstərir, sabahına yön verir. Rusiya-Ukrayna və ABŞ-İran müharibələri məhz belə qarşıdurmalar hesab edilə bilər.

Hər iki müharibə mahiyyət etibarı ilə müasir hərb üçün xarakterik olan bir sıra həqiqətləri üzə çıxardı ki, bunlardan biri ucuz, amma effektiv silah-sursata malik olmağın vacibliyidir. Çünki müasir müharibələrdə hücum və müdafiə daha geniş miqyas və daha intensiv xarakter daşıdığı üçün bu tempin öhdəsindən bahalı silahlarla gəlmək mümkün deyil. Bu, ən varlı dövlətin belə maliyyə qüdrətini qısa zamanda sarsıda, onun iqtisadi yüksəlişinə son qoya bilər.

Rusiya-Ukrayn və ABŞ-İran müharibələri sübut etdi ki, ucuz, amma kütləvi silah-sursat istehsalı uzunmüddətli müharibələrdə dayanıqlılığı təmin etməyin ən effektiv yoludur. Təsadüfi deyil ki, bugünlərdə ABŞ ucuz qanadlı raketlərin kütləvi istehsalına qərar verdi ki, bu qərar məlum həqiqətə istinad edir.

Müasir müharibələr üçün xarakterik olan digər bir xüsusiyyət hərbi istehsalın sürətliliyi və fasiləsizliyi, habelə təmas xəttinə qısa zamanda çatdırılmaısıdır. XXI əsr müharibələrində hərbi əməliyyatların tempi həddindən artıq yüksək olduğu üçün bu temp silah-sursatla fasiləsiz təminatı tələb edir. Belə olan halda silah-sursat istehsalında yol verilən ən xırda fasilə belə ağır nəticələrə səbəb ola bilər ki, bu da müharibə aparan hər bir tərəf üçün arzuedilməzdir. Məhz bu reallığın nəticəsidir ki, Ukraynada bir sıra hərbi istehsal müəssisələri, xüsusilə də PUA istehsal edən sexlər təmas xəttinin “bir addımlığında” inşa edilir. Bu, cəbhəni sursatla fasiləsiz və qısa zamanda təmin etməyə imkan verir.

Bir sözlə, günümüzün müharibələri öz xarakteri ilə hərbi sənaye və planlaşdırmalardakı ənənəvi yanaşmanı köklü şəkildə dəyişib, ona yeni məzmun və forma verib. Və kim ki, bu yeniliyə daha sürətlə uyğunlaşır, qələbə də məhz onun olacaq!

Seymur ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 İyun 2026 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see275

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see273

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see267

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see263

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see246

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see238

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see215

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see209

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see206

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see206

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see203

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see201

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see199

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see198

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see183

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see180

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see176

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see176

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see169

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri