Icma.az
close
up
RU
Bu il Beynəlxalq Muğam Mərkəzini ziyarət edənlərin sayında artım qeydə alınıb

Bu il Beynəlxalq Muğam Mərkəzini ziyarət edənlərin sayında artım qeydə alınıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 noyabr, AZƏRTAC

Paytaxt Bakının mədəni həyatında xüsusi yer tutan Beynəlxalq Muğam Mərkəzi (BMM) həm yerləşdiyi ərazi, həm də özünəməxsus memarlıq üslubu ilə şəhərimizin simvoluna çevrilib. Bu mədəniyyət ocağına gələn yerli və xarici turistlər burada həm milli musiqimizin incəlikləri ilə tanış olur, həm də Azərbaycanın zəngin folklor irsinin canlı nümunələrinə şahidlik edirlər. Mərkəzin foyesində daimi fəaliyyət göstərən milli musiqi alətləri sərgisi də turistlərin diqqətindən yayınmır. Burada tar, kamança, balaban, qaval kimi qədim alətlər nümayiş olunur. BMM rəhbərinin sözlərinə görə, gələcəkdə bu sərginin muzey ekspozisiyası kimi fəaliyyətə başlaması planlaşdırılır. Bu isə, şübhəsiz, həm turist axınının artmasına, həm də xarici qonaqların Azərbaycan musiqi mədəniyyəti ilə daha yaxından tanış olmasına şərait yaradacaq.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu il ərzində muğam və etno-konsertlərə maraq göstərən turistlərin sayında artım müşahidə olunur.

Bildirilib ki, IX “Muğam” Televiziya Müsabiqəsi zamanı mərkəzdə keçirilən konsertlərdə çoxsaylı turistlərin iştirakı müşahidə olunub. Ay ərzində burada həm musiqi mütəxəssisləri, həm də sıravi ziyarətçilər üçün müxtəlif tədbirlər keçirilir. Turistlərin marağını artırmaq məqsədilə mərkəzin qarşısında reklam banerləri quraşdırılıb. Axşam saatlarında təşkil olunan konsertlərə hazırlıq zamanı gündüz ərazidən keçən turistlər mərkəzin memarlığına və atmosferinə xüsusi maraq göstərirlər.

Bu marağın daha bir bariz nümunəsi Formula-1 Azərbaycan Qran Prisi ərəfəsində özünü göstərib. Yarış üçün Bakıya gələn çoxsaylı azarkeşlər və qonaqlar da BMM-də təşkil olunan musiqi tədbirlərinin tamaşaçıları sırasında olublar.

Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə ölkəmizə səfər edən müxtəlif xarici televiziya kanalları da zaman-zaman BMM haqqında geniş reportajlar hazırlayır. Bu da Azərbaycan muğamının beynəlxalq səviyyədə təbliğinə mühüm töhfə verir.

Beynəlxalq Muğam Mərkəzinin əsas məqsədi təkcə konsertlər keçirmək deyil, həm də Azərbaycanın milli musiqisini dünyaya tanıtmaqdır. Bu baxımdan, BMM paytaxtımıza gələn hər bir turist üçün milli ruhu hiss etmək və musiqimizin sehrini yaşamaq üçün əvəzolunmaz məkandır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri