Icma.az
close
up
RU
“Bu il bizim büdcə müzakirələrimiz “Konstitusiya və Suverenlik İli”nə təsadüf edir

“Bu il bizim büdcə müzakirələrimiz “Konstitusiya və Suverenlik İli”nə təsadüf edir

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 12-də xalqımız Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Konstitusiyamızın 30 illiyini qeyd etdi.  

Eyni zamanda, bu ay Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin 5-ci ildönümü də qürurla qeyd olundu. Dövlət suverenliyimizin tam bərpasını təcəssüm etdirən bu tarixi hadisələr gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə xüsusi bir məna verir”. 

“Cebheinfo.az” xəbər verir ki, parlamentin bugünkü plenar iclasında çıxışı zamanı Spiker Sahibə Qafarova deyib.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkəmizin makroiqtisadi sabitliyini qorumağa imkan vermişdir. Mürəkkəb beynəlxalq konyunkturaya baxmayaraq, iqtisadiyyatımızın dayanıqlığı və ardıcıl inkişafı təmin edilmişdir. Cənubi Qafqaz bölgəsinin lider dövləti kimi  Azərbaycanın iqtisadi müstəqilliyi də möhkəmlənmişdir. 

Qeyri-neft sektorunun artımı, ixrac potensialının genişlənməsi, energetika sisteminin fəal surətdə modernləşdirilməsi və “yaşıl enerji” layihələrinə yeni sərmayələrin qoyulması təsdiq edir ki, iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla davam etdirilir.
Azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri xüsusi olaraq qeyd edilməlidir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda innovasiyalar və enerji səmərəliliyi üzərində qurulan yeni iqtisadi model formalaşır. 

Sosial sahəyə böyük diqqət yetirilir. İnsanların rifah halının daha da yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması üçün lazımi tədbirlər görülür.  

Qlobal çağırışların gücləndiyi şəraitdə Azərbaycan nəinki maliyyə intizamını qoruyub saxlamış, həm də büdcə gəlirlərinin artımını, büdcə xərclərinin sosial yönümünü və maliyyə ehtiyatlarının möhkəmlənməsini təmin etmişdir”-deyə, spiker qeyd edib. 

S.Qafarova qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsi ölkəmizin sosial-iqtisadi inkişaf dinamikasını əks etdirir və iqtisadi sabitliyin daha da mökəmləndirilməsinə, insanların sosial müdafiəsinin gücləndirilməsinə yönəlmişdir:

“Gələn il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat və xərcləri 41,7 milyard manat məbləğində proqnozlaşdırılmışdır. 

Nəzərdə tutulan dövlət büdcəsi gəlirlərinin 57,4 faizi qeyri neft-qaz sektorunun payına düşəcək. Onu da qeyd edim ki, 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə qeyri neft-qaz sektorunun gəlirləri təqribən 11 faiz çox olacaq.Büdcənin digər göstəriciləri barədə məruzə və məlumatlarda lazımi bilgilər veriləcək. 

Yalnız onu qeyd etməliyəm ki, həmişə olduğu kimi, dövlət büdcəsinin prioritetləri ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması, sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq. 

Və əminliklə söyləmək olar ki, Azərbaycan hökumətinin səmərəli fəaliyyəti büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasına imkan yaradacaq”.   

Spiker əlavə edib ki, 2026-cı ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunmuş və Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir:

“Qeyd etmək lazımdır ki, son illərdə yaranmış ənənəyə uyğun olaraq, parlamentdə təmsil edilən siyasi partiyaların rəhbərləri və nümayəndələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına dəvət olunmuş və iclasda onların hər birinə öz fikirlərini ifadə etməsi üçün şərait yaradılmışdır. 
Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirmişdir. 

Hesab edirəm ki, bizim aparacağımız müzakirələr səmərəli olacaq, burada deputatların fikirləri və təklifləri səslənəcək. Bununla əlaqədar mən millət vəkillərini müzakirələrdə fəal iştiraka dəvət edirəm.

İndi isə, hörmətli həmkarlar, biz məruzə və çıxışların ardıcıllığını müəyyən etməliyik. Təklif edirəm ki, əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin, maliyyə və iqtisadiyyat nazirlərinin məruzələri ilə başlayaq, sonra Mərkəzi Bankın və Hesablama Palatasının məlumatlarını dinləyək”. 

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri