Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Biznes kreditlərində rekord artım

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bu il daha qabarıqdır, dediklərimiz düz çıxdı Ekspertdən ÇIXIŞ YOLU

Bu il daha qabarıqdır, dediklərimiz düz çıxdı Ekspertdən ÇIXIŞ YOLU

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Son illər dünyada iqlim dəyişikliyi daha kəskin formada özünü göstərir. Azərbaycanda da son günlər havaların qeyri-sabit keçməsi, rayonlarda intensiv yağıntılar və gözlənilməz hava şəraiti kənd təsərrüfatı sahəsinə də təsir edir. Bu dəyişikliklər təkcə məhsuldarlığı deyil, həm də fermerlərin planlamasını, əkin-biçin dövrlərini və bitkilərin sağlam inkişafını birbaşa təsir altına alır.

Mövzu ilə bağlı Ölkə.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, ümumiyyətlə, bu il havaların kəskin dəyişməsi özünü daha qabarıq göstərir.

Onun sözlərinə görə, amma bu, uzun müddətdir davam edir:

“2010-cu ildə qlobal iqlim dəyişməsinin kənd təsərrüfatına təsiri ilə bağlı tədbir keçirdik. Həmin tədbirdə mesajlar göndərdik ki, havalar qlobal istiləşmə nəticəsində kəskin dəyişəcək. Havaların dəyişməsi tez-tez baş verəcək. İntensiv yağışlar yağacaq. Güclü külək əsəcək. Təəssüflər olsun ki, bizim proqnozlarımız özünü doğruldur və bu tendensiya gedir. Bu, bu illə başa çatmayacaq, gələn il də davam edəcək, hələ uzun müddət davam edəcək. Qlobal istiləşmənin qarşısı alınmasa, ciddi addımlar atılmasa, ona kimi davam edəcək. 

Son vaxtlar havaların kəskin dəyişdiyini görürük. İntensiv yağışların yağdığını, bəzi yerlərə dolu düşdüyünü görürük. 30-40 il bundan qabaq dolu əgər noxud boyda olurdusa, dolu indi toyuq yumurtası boyda düşür. Düşən dolu parçaları kənd təsərrüfatına ciddi ziyan vurur. Xüsusən də yazılıq bitkilər, hansı ki, əkini aprel ayında həyata keçirilib və artıq cücərib yavaş-yavaş torpağın üstünə qalxır dolu düşməsi nəticəsində həmin o bitkilər məhv olur. 

Bitkilər də müəyyən temperaturda normal inkişaf edirlər. Azərbaycanda əsasən isti sevən bitkilərdir. Bunlar da havanın temperaturu 24-25 dərəcədən yüksək olanda sürətlə inkişaf edirlər. Təsəvvür edin ki, 25 dərəcədən dərhal düşür 18-19 dərəcəyə və bitkilər stressə məruz qalır. Onlar da canlıdır. Stresə məruz qalanda nə baş verir? Müəyyən bir etapda inkişaf prosesi dayanır, bitki inkişafdan qalır. Düzdür, sonrakı etapda əgər hava normal, isti keçərsə, yaxşı inkişaf edir və ciddi problemlər olmur”.

Ekspertin fikrincə, hazırda ot bitkiləri üçün havanın qeyri-sabit keçməsinin bir o qədər də ziyanı yoxdur: “Yəni məsələn, örüş ərazilərində, təbii biçənək ərazilərində düşünürəm ki, bu il ot, yem bol olmalıdır. Taxıl bitkiləri hansı ki, stres amillərə dözümlü, xüsusən orta boylu taxıl sortları yetişdirilir, orada da ciddi ziyanı yoxdur. Hündür boylu olanda küləyin əsməsi və intensiv yağışların yağması nəticəsində taxılı yatırır. Yəni taxıl əyilir, yatır, sonra da onu biçmək mümkün olmur. 

Meyvə ağaclarına da dolu düşməsi nəticəsində budaqlarını sındırır və meyvəni tökür. Orada da inkişaf prosesi dayanır. İndi bəzi meyvələri yığmaq vaxtıdır. Yığımda, daşınmada problem yaranır. Yağış yağırsa, daşımaq mümkün olmur. Qabaqlayıcı tədbirlər nədən ibarət olmalıdır? Yalnız stres amillərə dözümlü bitki sortları, yetişdirilməlidir. Aqrotexniki qaydalara əməl etməlidirlər. Əgər stres amillərə dözümlü sortlar yetişdirilərsə və aqrotexniki qaydalara vaxtında əməl olunarsa, torpaqların münbitləşdirilməsi istiqamətində də tədbirlər görülməlidir ki, torpaqda bitkilərin sağlam inkişafı üçün kifayət qədər mineral elementlər olsun. Bu da bitkilərin immun sistemini gücləndirəcək və onların stres amillərə qarşı davamlılığını artıracaq. Əsən küləkdən, intensiv yağışlardan sonra bitkini yatırmayacaq, dolu düşən zaman bitkinin budağı sınmayacaq”.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 May 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see433

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see383

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see356

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see344

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see297

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see294

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see285

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see263

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see261

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see254

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see249

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see246

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see242

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see234

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see225

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see218

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see212

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see199

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see196

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri