Bu il Azərbaycana sürətli pul köçürmələri ilə 1.2 mlrd. manata yaxın vəsait daxil olub
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 153.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 319.1 milyon manata bərabər olub.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən apardığı hesablamalara görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 4% və ya 48.1 milyon manat, banklardan xaricə köçürmələr isə 7.9% və ya 27.4 milyon manat azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 201.9 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 346.5 milyon manat təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 30 Sentyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















