Bu il daşınmaz əmlak bazarında ən çox bahalaşma hansı layihədə baş verib?
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bu il daşınmaz əmlak bazarında ən çox bahalaşma "Sea Breeze” layihəsində baş verib. Orada olan fərdi evlər, torpaqlar və yaşayış evlərinin qiymətində ötən illə müqayisədə orta hesabla 30-35% artım qeydə alınıb”.
Ölkə.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib. Elnur Azadovun sözlərinə görə, "Sea Breeze” ilə yanaşı Ağ şəhər layihəsində də ən azı 20-25% qiymət artımı müşahidə olunub.
Elnur Azadov paytaxtın digər ərazilərində isə seqmentdən asılı olaraq qiymətlərin müxtəlif səviyyədə artdığını vurğulayıb:
"Daşınmaz əmlak sektoru olduqca genişdir. Bazar tək mənzillərdən deyil, yaşayış fondu və fərdi evlərdən ibarətdir. Eyni zamanda Bakı şəhərinin kəndləri, qəsəbələri, mərkəzi hissələri də var. Həmin ərazilərdə qiymət artımı 5%-dən başlayaraq orta hesabla 15% arasında dəyişir”.
Ekspert bu ərazilərin hər birində qiymətin fərqli olduğunu xatırladıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 15 Avqust 2025 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















