Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

“Bu il dövlət büdcəsində kino sahəsinə vəsaitin ayrılmaması müəyyən narahatlıq doğurur” Günay Əfəndiyeva

“Bu il dövlət büdcəsində kino sahəsinə vəsaitin ayrılmaması müəyyən narahatlıq doğurur” Günay Əfəndiyeva

525.az saytına istinadən Icma.az xəbər verir.

“Mən də diqqəti mədəniyyətimizin çox mühüm bir sahəsinə – milli kinematoqrafiyamıza yönəltmək istəyirəm. Məlumdur ki, mədəniyyətimizin və incəsənətimizin böyük hamisi Ulu öndər Heydər Əliyevin vaxtilə həyata keçirdiyi kino siyasəti Azərbaycan mədəniyyətinin əsas sütunlarından birinə çevrilmişdir. Xatırlayırsınız, Ulu öndərin dönəmində “Dədə Qorqud”, “Nəsimi”, “Babək”, “Nizami” və görün daha nə qədər dəyərli ekran əsərləri çəkilib. Bu filmlər vasitəsilə tarixi, mədəni, ədəbi irsimiz, milli kimlik, milli təfəkkür məsələləri ortaya çıxarılıb, yaşadılırdı. Bir neçə gün öncə biz özü-özlüyündə bir filmə bənzər 44 günlük şanlı salnamənin nəticəsində qazanılan – Müqəddəs Zəfərin 5-ci ildönümünü böyük qürur və coşqu ilə qeyd etdik. Düşünürəm ki, Vətənimizə aid tarixi faktları, həqiqətləri kino sənəti vasitəsilə dünyaya göstərmək, Azərbaycanın haqlı mübarizəsinin səsini ekran dili ilə bütün qitələrə yaymaq vacib əhəmiyyət daşımaqdadır”.

525.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Parlamentin Mədəniyyət, Gənclər və idman, İctimai birliklər və dini qurumlar komitələrinin bugünkü birgə iclasındakı çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu gün də cənab Prezidentin siyasəti nəticəsində kinematoqrafiya sahəsində ardıcıl islahatlar aparılır, müasir tendensiyalar nəzərə alınmaqla yeni yanaşmalar formalaşdırılır: “Heydər Əliyev Fondu, Bakı Media Mərkəzi tərəfindən, eləcə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə dəyərli filmlər çəkilir, və bildiyim qədəri ilə yeni filmlərin çəkilməsi nəzərdə tutulub. Bu xüsusda, bu il dövlət büdcəsində kino sahəsinə vəsaitin ayrılmaması müəyyən narahatlıq doğurur. Düşünürəm ki, kino sahəsi mədəniyyətimizin tərkib hissəsi kimi yaradıcılıq yönü ilə yanaşı, həm də ideoloji, mənəvi və informasiya gücü ilə ön plandadır. Kino həm gənclərimizin dünyagörüşünə, həm milli kimliyimizin təbliğinə, həm də Azərbaycanın beynəlxalq imicinə birbaşa təsir göstərən vasitədir”.

G.Əfəndiyeva vurğulayıb ki, kino yalnız ekran qarşısında gördüyümüz aktyor və rejissorlarla məhdudlaşmır: “Bu sahənin görünməyən qəhrəmanları – səs rejissorları, montajçılar, işıq mütəxəssisləri, rəqəmsal texniki heyət – bu industriyanın dayanıqlı inkişafında önəmli rol oynayır. Kino mütəxəssislərin hazırlanması və sahənin institusional şəkildə dəstəklənməsi vacibdir”.

Millət vəkili başqa bir məsələyə də toxunub: “Bu, tender mexanizmləri çərçivəsində nəşrlərin sifarişi və keyfiyyət məsələsidir. Son illərdə bir sıra müəlliflərin bir neçə cilddən ibarət seçilmiş əsərləri dövlət sifarişi əsasında müxtəlif nəşriyyatlar tərəfindən çap olunub. Yəni hər cildin çapdan çıxarılmasını o vaxt tenderi qazanmış nəşriyyat həyata keçirir. Belə çıxır ki, hər il eyni müəllifin çoxcildlik əsərləri ayrı-ayrı nəşriyyatlara həvalə olunur, və bir çox hallarda həmin nəşriyyat bu işi yüksək keyfiyyətlə deyil, sadəcə “udduğu tenderin öhdəliyi” kimi yerinə yetirir. Nəticədə, bəzən kitablar keyfiyyətsiz kağızda, zəif çapla oxucuya təqdim olunur, kitabın cildi açılan kimi qopur. Bu, ciddi məsələdir – bu, dövlət vəsaiti ilə maliyyələşən layihələrin etibarlılığı və ictimai inamla bağlı məsələdir. Tender udmaq – məsuliyyət daşımaq deməkdir, dövlətin mədəni sifarişini layiqincə yerinə yetirmək deməkdir. Bu baxımdan, hesab edirəm ki, gələcəkdə bu sahədə tender mexanizmlərinə daha ciddi nəzarət tətbiq edilməlidir. Xüsusilə mədəniyyət sahəsində qiymət ilə yanaşı, keyfiyyət meyarları, mütəxəssis heyətinin təcrübəsi, nəşriyyatın reputasiyası kimi kriteriyalar da əsas götürülməlidir”.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Noyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see283

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see278

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see206

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see183

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see143

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see143

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see142

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see138

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see135

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see131

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri