Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? RƏQƏMLƏR
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İyun və iyul ayları Azərbaycanda ali təhsil müəssisələrində məzuniyyət mövsümü kimi yadda qalır.
Dörd il, bəzi ixtisaslarda isə daha uzun davam edən təhsil yolunu başa vuran minlərlə tələbə universitetlərlə vidalaşaraq həyatının yeni mərhələsinə qədəm qoyur. Məzunlar arasında təhsil illəri ərzində yüksək akademik göstəricilər nümayiş etdirərək universiteti fərqlənmə diplomu ilə bitirənlər də var.
Bəs Azərbaycanda hansı universitetlərdə bu il neçə tələbə fərqlənmə diplomu alıb?
AZXEBER.COM məsələni araşdırmaq üçün bir neçə ali təhsil müəssisəsi ilə əlaqə saxlayıb.
Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Sevinc İsgəndərova sorğumuza cavab olaraq bildirib ki, bu il ATU-da 78 nəfər universiteti fərqlənmə diplomu ilə bitirib.
Xəzər Universitetinin İctimai Əlaqələr və Media şöbəsinin direktoru Əlövsət Əmirbəyli qeyd edib ki, cari ildə universiteti 170 tələbə fərqlənmə diplomu ilə başa vurub.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nicat Abdullayev isə açıqlamasında bildirib ki, ümumilikdə 3038 tələbə məzun adını qazanıb. Onlardan 2987 nəfəri adi, 51 nəfəri isə fərqlənmə diplomu alıb.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 16 İyul 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















