Icma.az
close
up
RU
Bu il “Rebuild Karabakh” sərgisi 5 illik Yubileyini qeyd edəcək

Bu il “Rebuild Karabakh” sərgisi 5 illik Yubileyini qeyd edəcək

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qarabağ Dirçəliş Fondu artıq 5 ildir ki, “Caspian Event Organisers” şirkəti ilə əməkdaşlıq edərək “Rebuild Karabakh” sərgisində iştirak edir. Bu sərgi, Qarabağın bərpasına həsr olunmuş yeganə ixtisaslaşmış tədbir olmaqla yanaşı, dövlət və özəl sektorun əməkdaşlığını gücləndirən vacib bir biznes platformasıdır.

Bu il “Rebuild Karabakh” sərgisi 5 illik Yubileyini qeyd edəcək. Sərgidə hər il olduğu kimi, bu il də Azərbaycanın inkişafına və Qarabağ bölgəsinin bərpasına dair mövzulara diqqət yönəldiləcək. Sərginin keçirildiyi illər ərzində sərgidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərginin iştirakçılarına və qonaqlarına salamlama məktubu ünvanlamışdır. Məktub sərginin rəsmi açılış mərasimində səsləndirilmiş, eləcə də sərginin kataloqunda dərc olunmuş və rəsmi saytında yerləşdirilmişdir.

Qarabağ Dirçəliş Fondu sərgidə iştirak etməklə Qarabağın bərpası və yenidənqurulması istiqamətində görülən işləri dəstəkləyir. Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışında "Rebuild Karabakh" sərgisinin Qarabağın bərpası üçün böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamışdır: “Biz hər il “Caspian Event Organisers” (CEO) şirkətinin mütəmadi olaraq təşkil etdiyi “Rebuild Karabakh” sərgisində öz stendimizlə iştirak edirik. Stendimizdə daim maraqlı aktivasiyalar təşkil olunur, məsələn, “puzzle oyunları”. Oyun zamanı iştirakçılar faktiki olaraq tarixi abidəni bərpa etməyə çalışırlar və qalib gəldikdə hədiyyə əldə edirlər. Eyni zamanda, stenddə Fondun layihələri haqqında məlumat da təqdim edilir. Mən bu tədbiri xüsusilə qeyd etmək istəyirəm, çünki sərginin keçirilməsindən əldə olunan gəlirin bir qismi təşkilatçılar tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə edilir. Son üç il ərzində 110 min AZN-dən çox vəsait ianə edilmişdir. Bu isə mənim fikrimcə, həmrəyliyin təzahürüdür və digər şirkətlər və təşkilatlar üçün maraqlı bir nümunə ola bilər." – deyə o bildirmişdir.

Sərginin məqsədi Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etmək, eləcə də Qarabağda baş verən müsbət dəyişiklikləri dünya ictimaiyyətinə çatdırmaqdır. Sərginin əsas hədəfi isə Qarabağ üçün xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etmək və investisiyaların həcmini artırmaqdır. Sərgidə təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır.

İşğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq üçün təşkilatçıların təşəbbüsü ilə hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürülür. 2021-ci ildən etibarən hazırkı dövrə qədər ümumilikdə 110 min AZN-dən çox ianə bağışlanmışdır.

2025-ci ildə təşkil ediləcək sərgilərlə bağlı yenilənən məlumatları şirkətin rəsmi internet səhifəsindən (https://exhibitions.ceo.az/az/exhibitions-calendar ) və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Yanvar 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri