Icma.az
close
up
RU
Bu il sülh sazişi gözləmək nağıldır ŞƏRH

Bu il sülh sazişi gözləmək nağıldır ŞƏRH

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Ermənistan konstruktiv görünür, amma danışıqlar yox


“Paşinyanın rəqibləri ilə mübarizədə zəif düşməsi Azərbaycanın da maraqlarına cavab vermir”


“Ermənistan Azərbaycanla sülh sazişinin imzalanma yeri və tarixini müəyyən etmək üçün müzakirələrə başlamağa hazırdır”. Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Avropa İttifaqının xarici siyasət qurumunun rəhbəri Kaya Kallasla keçirdiyi mətbuat konfransında deyib. Erməni nazir iddia edib ki, Ermənistan konstruktivdir: 

"Biz sülh sazişinin imzalanma yeri və vaxtı ilə bağlı Azərbaycanla danışıqlara başlamağa hazırıq". Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ararat Mirzoyanla görüşündə bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionunda davamlı sülhə yol aça bilər. O vurğulayıb ki, AB Bakı və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyişi yüksək qiymətləndirir: "Bu gün biz nazir Mirzoyanla Ermənistan-Azərbaycan münasibətlərini də müzakirə etdik. Aİ iki ölkə arasında suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında münasibətlərin normallaşmasını qətiyyətlə dəstəkləməyə davam edir. Bu üç prinsipə alternativ yoxdur. İkitərəfli münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyiş bizi sevindirir və ruhlandırır, çünki Ermənistan və Azərbaycan arasında münasibətlərin yaxşılaşması regionda davamlı sülhə yol aça bilər". 


Politoloq Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, əslində, danışıqlarda irəliləyiş yoxdur. Analitik qeyd edib ki, Ermənistan hakimiyyəti Konstitusiya dəyişikliyini gələn il həyata keçirəcəyini bildirib. Ekspert vurğulayıb ki, bunsuz sülh sazişinin imzalanması mümkün deyil:


 "Deməli, builki danışıqlardan nəticə gözləməyə dəyməz. Buna baxmayaraq, Ermənistan rəsmiləri danışıqlarla bağlı optimist açıqlamalar verməkdə davam edirlər. Bu, Baş nazir Nikol Paşinyanın komanda üzvlərinə tapşırığıdır. Çünki erməni rəsmilər danışıqların aparılmadığını və irəliləyişin olmadığını söyləsələr, bu, radikal müxalifətə hakimiyyətlə mübarizədə əlavə stimul verəcək. Paşinyan isə radikal müxalifət və kilsə ilə mübarizə apardığı, o cümlədən çevrilişdə ittiham etdiklərini həbsə göndərdiyi məqamda Azərbaycanla danışıqlarda uğursuzluğunu büruzə vermək istəmir. Əslində, Paşinyanın rəqibləri ilə mübarizədə zəif düşməsi Azərbaycanın da maraqlarına cavab vermir. Təsadüfi deyil ki, rəsmi Bakı erməni rəsmilərin danışıqlarla bağlı optimist açıqlamalarına şərh vermir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 İyul 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri