Icma.az
close
up
RU
Bu il sülh sazişi imzalanacaqmı? (ŞƏRH)

Bu il sülh sazişi imzalanacaqmı? (ŞƏRH)

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Xarici işlər nazirləri səviyyəsində təmaslar bu il də davam edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının cari ildə davam etməsi perspektivi və onun nəticələrindən danışarkən deyib:

"Hələlik bu və ya digər sənədlərin hazırlanması nəzərdə tutulur. Bu baxımdan, prosesin davam edəcəyi bəyan edilib. Azərbaycan sülh prosesinin tərəfdarıdır və bu prosesdə iştirak etmək niyyətindədir. Böhran olsa belə, Azərbaycan xarici işlər naziri qeyd etdi ki, onun aradan götürülməsi üçün diplomatik üsul əsas olaraq götürüləcək”. 


T.Zülfüqarov qeyd edir ki, Azərbaycan - Ermənistan mövzusu Tramp adminstrasiyasının gündəmində əsas mövzu deyil:

"ABŞ-da Dövlət Departamenti və təhlükəsizlik məsələlərinə namizədlikləri verilən şəxslərin Konqresdə dinləmələri zamanı bölgəmizlə bağlı onlara hər hansı bir sual verilmədi və onların məsələ ilə bağlı açıqlamaları da mövcud deyil. Trampın bəyanatları da göstərir ki, ilk növbədə Amerikanın marağında olan mövzular müzakirə olunacaq. Yəni hansısa etnik, diaspor qruplarının deyil. Bu mənada hesab edirəm ki, həmin istiqamətdə erməni diasporunun fəallığı Vaşinqtonda dəstəyə səbəb olmayacaq”. 

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Azərbaycan və Ermənistan arasında mütəmadi olaraq XİN başçıları səviyyəsində görüşlərin keçirildiyini deyərək, bu il də prosesin davam edəcəyini bildirib.

"Növbəti belə görüşün tarixi hələ bəlli deyil", deyə nazir qeyd edib. 

Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh müqaviləsindən də danışıb:

"Ermənistanla sülh müqaviləsinin mətnində iki maddə üzrə danışıqlar hələ də davam edir. Ermənistandan fərqli olaraq Azərbaycan bölgədə davamlı kommunikasiyanın yaradılması məqsədilə addımlar atır. Ermənistanla dörd ilə yaxın davam edən danışıqlar nəticə verməyib. Ona görə də Araz çayı üzərindən İran ərazisi ilə körpü tikintisi davam edir. Yəni Zəngəzur dəhlizi məsələsi də gündəmdədir". 


Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Yanvar 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri