Icma.az
close
up
RU
Bu il Yaxın Şərq və Asiya təbii qaza tələbatın lokomotivi olacaq PROQNOZ

Bu il Yaxın Şərq və Asiya təbii qaza tələbatın lokomotivi olacaq PROQNOZ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 17 sentyabr, AZƏRTAC

Bu il təbii qaza qlobal tələbatın əvvəlki illə müqayisədə 1,7 faiz artaraq 4 trilyon 193 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.

AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, tələbatın bölgə üzrə Yaxın Şərq və Asiyada olacağı təxmin edilir. Mənzil, sənaye və enerji istehsalı sektorları isə bu tələbatın əsas hərəkətverici qüvvəsi olacaq.

Belə ki, təbii qaz istehlakında ən böyük artımın 28,2 milyard kubmetrlə Yaxın Şərqdə olacağı proqnozlaşdırılır. Yaxın Şərqi 15,9 milyard kubmetrlə Asiya, 10,4 milyard kubmetrlə Şimali Amerika, 5,7 milyard kubmetrlə Afrika, 5,2 milyard kubmetrlə Avropa, 3,9 milyard kubmetrlə Cənubi Amerika, 1,7 milyard kubmetrlə Rusiyanın izləyəcəyi gözlənilir.

İlin birinci yarısında LNG-nin qlobal təbii qaz bazarında payı illik müqayisədə 2,2 faiz artaraq 340 milyard kubmetrə çatıb. Bu artım yanvarın 1-də Rusiya qazının Ukraynadan tranzitinin dayandırılması və sonradan Avropanın anbar tutumunun azalması səbəbindən idxalın artması ilə əlaqədardır.

Avropada LNG idxalı birinci yarımildə 23,5 faiz artarkən, Asiyada mülayim keçən qış səbəbindən, Çin və Yaponiya kimi əsas bazarlarda anbarların dolu olması və yüksək LNG qiymətləri nəticəsində idxal 8,8 faiz azalıb.

Dünyanın ən böyük təbii qaz istehsalçılarından biri olan ABŞ-da yüksək anbar tutumu səviyyəsi və qışın mülayim keçməsi səbəbindən aşağı qiymətlərə baxmayaraq, hasilat sabit qalıb.

Təbii qaz hasilatının bu il təxminən 2,1 faiz və ya 87 milyard kubmetr artımla 4 trilyon 177 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.

Hasilatın ən böyük artımı 40,1 milyard kubmetrlə Şimali Amerikada gözlənilir. Şimali Amerikadan sonra 21,3 milyard kubmetrlə Yaxın Şərq, 13 milyard kubmetrlə Afrika, 10,1 milyard kubmetrlə Asiya, 3,9 milyard kubmetrlə Cənubi Amerika, 1,6 milyard kubmetrlə Okeaniyanın olacağı gözlənilir. Həmçinin hasilatın Avropada 3,4 milyard kubmetr, Okeaniyada isə 300 milyon kubmetr azalacağı proqnozlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri