Bu ildən sonra doğulanlar siqaret ala bilməyəcək
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Böyük Britaniya Parlamentinin hər iki palatası 2008-ci ildən sonra doğulmuş vətəndaşlara tütün və elektron siqaret satışını qadağan edən qanun layihəsini təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Nəşrin məlumatına görə, Böyük Britaniyanın səhiyyə və sosial qayğı katibi Ues Stritinq məsələni belə izah edib: "Profilaktika müalicədən daha yaxşıdır. Bu islahat həyatları xilas edəcək, Milli Səhiyyə Xidmətinin yükünü azaldacaq və daha sağlam Britaniya quracaq".
Təkcə İngiltərədə siqaret çəkmək ildə 400.000 nəfərin xəstəxanaya yerləşdirilməsinə və 64.000 insanın isə ölümünə səbəb olur. Milli Səhiyyə Xidməti xərçəng və ürək xəstəlikləri kimi tütünlə əlaqəli xəstəliklərin müalicəsinə 3 milyard funt sterlinq xərcləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 22 Aprel 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















