Bu ilin iki ayında narkotiklərlə bağlı 545 nəfər tutulub, 17 si xarici vətəndaşdır
Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.
Bu ilin yanvar-fevral ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 545 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, onlardan 17-18 yaşadək - 1 nəfər, 18-25 yaşadək 32 nəfər, 26-29 yaşadək 91 nəfər, 30 yaş və ondan yuxarı isə 421 nəfər təşkil edir. Həmin şəxslərdən 523-ü kişi, 22-si qadın olub.
Vurğulanıb ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 17 nəfəri xarici ölkə vətəndaşıdır. Onlardan 8-i İran, 3-ü Rusiya, 4-ü Gürcüstan, 1-i Türkiyə, 1-i Ukrayna vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 202 kiloqramdan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

