Icma.az
close
up
RU
Ulduz göydə olur, yerdə ulduz görməmişəm MÜSAHİBƏ/VİDEO

Ulduz göydə olur, yerdə ulduz görməmişəm MÜSAHİBƏ/VİDEO

Icma.az bildirir, Sia Az portalına istinadən.

Müğənni Ofeliya Şabanovanın SİA-ya müsahibəsini təqdim edirik:

- Azərbaycan estradasının müasir səviyyəsi sizi qane edirmi?

- Belə düşünürəm ki, mən haqqı deyən insanam. Sənətçi kimi danışmayacağam, bunu tamam kənara qoyuram. Mən bir Azərbaycan vətəndaşı kimi danışacağam. Mənə elə gəlir ki, yavaş-yavaş düzəlir. Artıq diqqət edirlər. Çünki biz çox gözəl ölkədə yaşayırıq, çox gözəl qanunlarımız var. Yəqin ki, hamımız səhnədə görəcəyik. Çox pis vəziyyətdədir. Bayağı mahnı yox, bayağı sözlər var. Sözləri elə hala gətirib çıxarırlar ki, onu efirə gətirmək olmaz. Mən bunun əleyhinəyəm. Sonra deyəcəklər ki, siz də toylarda bu mahnıları ifa edirsiniz. Bəli, el məclislərində ifa edirəm. Çünki şənlənməyə gəlmişik. Düzdür, elə məclislərimiz olur ki, orada bizdən yalnız bəstəkar mahnıları istəyirlər. Təəssüflər olsun ki, həmin məclislərdə çəkiliş etməyə icazə verilmir. El məclislərində elə olur ki, insanların istədikləri mahnıları ifa edirəm. Amma bunu efirə gətirmək olmaz. Görün nə vəziyyətdir ki, stəkana mahnı yazıb oxuyurlar. Bu, faciədir. Yenə də deyirəm ki, oxumaq olar, əleyhinə deyiləm. Sosial şəbəkələrdə paylaşın. Nə istəyirsiniz, oxuyun. Amma efirə gətirmək olmaz. Şükür ki, yavaş-yavaş nəzərə alırlar. Buna Azərbaycan gənci olaraq çox sevinirəm. Buna da şükür edirəm ki, nə yaxşı ki, mən bayağı mahnı ifaçısı deyiləm. Mən efirə gələndə çox ağır dərviş mahnıları ilə gəlmişəm. Azərbaycanın muğam bilicisi Mehman Mikayılov, oğlu Cahandar Mikayılov və mən dərviş mahnıları, muğamlar ifa edirdik. Bunlarla sənətə gəlmişəm. Ona görə də, şükür edirəm ki, bayağı mahnılar ifaçısı deyiləm.

- Ofeliya xanım üçün "ulduz" sözü nə deməkdir?

- Ulduz göydə olur, yerdə ulduz görməmişəm. Bəli, divamız - Aygün Kazımovamız var. O, estradasının kraliçasıdır. Mən bir azərbaycanlı olaraq fəxr edirəm ki, bizim də divamız var. Türkiyənin divası Bülent Ersoydur. Axı biz də sevinməliyik. Mən də sevinirəm ki, Azərbaycanın da divası var. İnanın səmimiyyətimə ki, mən sevinirəm. Hansı ölkəyə getsək, mən sevə-sevə deyərəm.

- Görəsən, şou-biznesin qanunlarını kim yazır?

- Onu bir nəfər - İlhamə Quliyeva yazırdı. Ona Allah rəhmət eləsin. Heyif İlhamə Quliyevadan. İlhamə Quliyeva sağ olsaydı, belə olmazdı. Səhnə bu gündə olmazdı. Deyəsən, yavaş-yavaş düzəlir. Yenə də şükür edək. Ziyanın yarısından qayıtmaq özü də xeyirdir. İnşallah yaxşı olacaq.

- Bəs bu sənətə nələri qurban verdiniz?

- Mən heç nəyi qurban verməmişəm. Elə bir fikrim də yoxdur. Nəyi qurban verəcəm, qardaş? Deyin, mən də bilim. Qarşıma məqsəd qoydum ki, şərəfim, ləyaqətimlə qabağa gedəcəyəm. Bunu demədim, mən yazıram. Yazdım ki, Ofeliya, sən çox məşhur biri olacaqsan. Dilimlə demədim, yazdım və saxladım. Mən həmişə yazıram. Yazıram ki, filan şey mənim olacaq. Sizə də tövsiyə edirəm, çox yaxşı şeydir. Amma qurban vermədim. Görmüşük ki, qoyunu qurban edirlər. Başqa nəyi qurban verəcəm? Siz deyin, mən də cavab verim.

- Niyə şou-biznes müğənniləri gündəmdə qalmaq üçün süni qalmaqal yaradırlar?

- Bizdə şou-biznes yoxdur, şou-pisnes var. Mən belə düşünürəm. Süni qalmaqalları da uşaq-muşaq edir. Süni qalmaqalları ad almışlar heç vaxt etməz. Özləri üçün işlərini görürlər, sənətləri ilə məşğul olurlar. İndi bəzi cücələr süni qalmaqallar yaradırlar. Adam onlara baxa da bilmir. Tamaşaçılar yəqin bilirlər ki, nəyi demək istəyirəm. Belə şeylərə ehtiyac yoxdur. Süni qalmaqala, həqiqətən, ehtiyac yoxdur. Sənin sənətin varsa, mümkün deyil ki, kənarda qalsın. Mənə dedilər ki, tez gəldiniz, tez oldu. Mən çox qeyri-adiyəm demirəm, mənə yaraşmaz da. Amma Allah vergisidir, hərədə bir cürdür. Mən sənətimlə sevilərək gəldim. Hərənin bir ağlı var, düzdür dedilər ki, gündəmdə qalmaq üçün filan şeylər edir. Hərənin bir cür həyata baxışı var. Amma mən ancaq sənətlə məşğul oluram, sənətlə efirə gəldim. Musiqini sevərək, ona bağlanaraq, düzgün musiqilər ifa edərək sənətə gəldim. Ona görə də, mənim bayağı mahnılar oxumağımı şükür Allaha ki, bildirmirlər. Belə bir mahnım olmayıb.

- Şou-biznes aləmində populyar kişi və qadın müğənnilərin geyimlərindən razısınızmı?

- Hərənin bir şəxsi həyatı var. Mən indi açıq deyim ki, namaz paltarımla gəlmişəm. Buna heç vaxt kompleksim olmayıb. Yəni belə geyinəndə səsim çıxmır, oxuya bilmirəm? Çox da rahatdır. Bu, mənim şəxsi həyatımdır, o da onların. Mənə deyərlər ki, sənə məcbur geyindirmişik? Özümüz bilərik. Mən sevmirəm, onlar da özləri bilərlər. Hərənin öz fikri var.

- Küçə musiqilərinə münasibətiniz necədir?

- Küçə musiqisi deyilən bir şey var, mən ona heç vaxt pis baxmamışam. Baxırsan ki, cavan uşaqlardır, mənim xoşuma gəlir. Buna heç vaxt dilənçilik demək olmaz. Dilənçilik deyənə də yaxşı söz demərəm. Bu adam zəhməti ilə qazanır. Mən sevirəm, hətta qoşulub oxumuşam da. Dilənçilik və sənət sözünü qəbul etmirəm, düzgün cümlə deyil. Sənət sənətdir, dilənçilik dilənçilikdir. Dilənçilik və sənət sözünü birləşdirib onu cümlə etmək olmaz. "Oxuyanlar" var ki, dilənçi kimi görünürlər. Masalara yaxınlaşıb pula görə özlərini biabır edirlər. Sən övladını, sabahını düşünməlisən. Çıx səhnədə oxu, səviyyəli oxu. O qədər elə müğənni görmüşəm ki, barmaq ilə çağırırlar, qaça-qaça gedir. Ayıbdır, heç olmasa demə ki, sənətçisən. Sənət başqa şeydir. Samir Cəfərov çox gözəl dedi, sənətkarlar acından ölmür. Allah bizim cənab Prezidentimizə ömür versin. Sənətkarlara qonorarlar ayırırlar. Dilənçi kimi masalara qaçanlar kimi pul istəmirəm.

- Azərbaycan musiqisini korlayan, bayağılığı təbliğ edənlər kimlərdir?

- Belə müğənnilər həddindən artıq çoxdur. Ad çəkə bilmərəm, mənim daşım ağırdır. Camaat bilir, onsuz da. Elin gözü də tərəzidir, qulağı da yaxşı eşidir. Azərbaycan milləti musiqini gözəl duyur. Toya çağırmaqlarına baxmayın, bəlkə, kloun kimi aparırlar?

- Küçədə ifa edən insan pul qarşılığında sənətini göstərirsə, bu, dilənçilik sayılır, yoxsa sənət?

- Küçədə ifa edən insan pul istəmir. Mən eşitməmişəm ki, dili ilə pul istəsin. Dinləyicilərin xoşuna gəlir, pul verir. Toya gedəndə pul vermirlər? Həmin şeydir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:384
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Aprel 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri