Icma.az
close
up
RU
Mərkəzi Aran bölgəsinin uşaq və gəncləri Mingəçevirdə bir araya gəliblər

Mərkəzi Aran bölgəsinin uşaq və gəncləri Mingəçevirdə bir araya gəliblər

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mingəçevir, 27 aprel, Vüsalə Cənnətova, AZƏRTAC

Mingəçevirdə “Uşaq İncəsənət Festivalı – 2025”in birinci seçim turunun başlanması münasibətilə tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi tərəfindən festival iştirakçıları və bölgə sakinləri üçün maraqlı, rəngarəng və interaktiv proqramlar təşkil olunub.

Tədbir Mingəçevir Dövlət Dram Teatrında “Sehrli yaylıq” adlı teatr tamaşası ilə başlayıb. Sonra iştirakçılar və qonaqlar Kür çayının sahilində yerləşən “Sahil” parkına yollanıblar. Burada onları 2023-cü ildə keçirilən I Uşaq İncəsənət Festivalının qalibləri qarşılayıblar. Ziyarətçilər Kür çayının füsunkar mənzərəsi fonunda müxtəlif sənət nümunələri ilə tanış olublar. Festival çərçivəsində iştirakçılar Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə səmaya 102 ədəd şar buraxıblar.

Festival üçün Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlardan 24 nominasiya üzrə 6-17 yaş arasında 1600-ə yaxın uşaq və yeniyetmə qeydiyyatdan keçib. İştirakçılar seçim mərhələsində öz bacarıqlarını nümayiş etdirirlər.

Uşaq İncəsənət Festivalı Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see186

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see180

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see174

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see147

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see142

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see132

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see132

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see130

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see127

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see127

Slovakiya piyadalar üçün sürət həddi tətbiq edəcək...

30 Oktyabr 2025 21:46see127

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see126

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see126

ABŞ ın kommersiya neft ehtiyatları 416 mln. bareldən aşağı enib

30 Oktyabr 2025 09:04see126

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see125

“Qarabağ”ın ispaniyalı transferi ilk oyununa çıxa bilər

30 Oktyabr 2025 20:07see123

“Mançester Siti” ilin sonunadək Rodriylə müqaviləni uzatmağı düşünür

31 Oktyabr 2025 03:12see120

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see120

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see119

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri