Bu ilin ilk 3 ayında İrana 50 min azərbaycanlı gedib Cəmi min nəfəri turist olub
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu ilin ilk 3 ayı ərzində İrana 50 min 205 nəfər Azərbaycan vətəndaşı səfər edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9 min 763 nəfər və ya 24% artıb.
Qeyd edək ki, İrana səfər edən azərbaycanlıların yalnız 2% və ya 1 015 nəfəri bu ölkəyə turist kimi gedib. 49 min 190 nəfər Azərbaycan vətəndaşı bu ilin 3 ayı ərzində İrana digər məqsədlərlə gedib.
Onu da bildirək ki, digər məqsədlə səfər edənlərə mövsümi, qısa və ya uzun müddətə işləməyə gedənlər, ictimai nəqliyyat vasitələrinin heyəti, ixrac yüklərini daşıyan avtomobillərin sürücüləri və yükləri müşayiət edən şəxslər, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında, beynəlxalq təşkilatların nümayəndəliklərində işləyənlər və onlarla birlikdə yaşayan ailə üzvləri, təhsil müəssisələrində təhsil alanlar və s. şəxslər daxildir. Həmçinin bu qrupa məqsədindən asılı olmayaraq xarici ölkələrə 90 gündən artıq müddətə səfər edən şəxslər də aiddir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Bu ilin 3 ayında ADY 2 milyon 75 min sərnişin daşıyıb
03 Aprel 2025 15:57
Bu ilin ilk 3 ayında doğulan körpələrin 53,5% i oğlan olub
15 May 2025 12:50
Dünyada cəmi 50 nəfər bu qana sahibdir
13 Noyabr 2025 17:14
Volvo 3 min nəfəri işdən çıxaracaq
26 May 2025 16:54
Bu kənddə cəmi 3 saat oruc tutulur
04 Mart 2025 14:30
Baxış sayı:42
Bu xəbər 01 May 2025 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















