Volvo 3 min nəfəri işdən çıxaracaq
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
140 milyon dollarlıq xərcə başa gələcək
İsveçin avtomobil istehsalçısı “Volvo Cars”, tələbin zəifləməsinə qarşı tədbir olaraq və mənfəətini qorumaq üçün qlobal işçi qüvvəsinin təxminən yüzdə 7-sini işdən çıxarmağı planlaşdırır.
Sherg.az xəbər verir ki, “Volvo”nun verdiyi açıqlamada, bu addımın 1000 məsləhətçi də daxil olmaqla təxminən 3 min vəzifəni əhatə edəcəyi bildirildi. Avtomobil istehsalçısı, yarıdan çoxu İsveçdə olmaqla ümumilikdə 43 min 800 nəfəri işlə təmin edir.
“Volvo”, bu qərarın şirkətin ikinci rüb maliyyə nəticələrinə təsir edəcək və 1,5 milyard İsveç kronu (təxminən 140 milyon dollar) məbləğində yenidənqurma xərcləri yaradacağını bildirib.
İcraçı direktor Hakan Samuelsson, keçən ay “Volvo”nun birinci rüb əməliyyat gəlirində yüzdə 60 azalma açıqladıqdan sonra, 18 milyard kronluq geniş miqyaslı səmərəlilik proqramı elan etmişdi. Planlaşdırılan ixtisarlar arasında material xərclərinin, işçi qüvvəsi xərclərinin və investisiyaların azaldılması yer alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 26 May 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















