Bu ilin ilk 6 ayında bağlı qalmış 218 cinayət işi açılıb
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin ilk 6 ayı ərzində keçmiş illərdən bağlı qalmış 218 cinayət işi açılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 6 ayın yekunlarına həsr olunan kollegiya iclasında bildirilib.
Qyed eidlib ki, cinayətlərin açılması 1,1 %, qeyri-aşkar şəraitdə törədilənlərin açılması 2,5 %, mülkiyyət əleyhinə olanların açılması 4,4 %, onlardan oğurluqların açılması 10,7 %, dələduzluqların açılması 1,2 % yaxşılaşıb, adam oğurluğu və avtonəqliyyat vasitəsinin qaçırılması cinayətlərinin açılması tam təmin edilib.
Eyni zamanda diqqətə çatdırılıb ki, həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 93,9 %-i, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 218 və görülmüş operativ cavab tədbirləri ilə 3 013 cinayət açılıb, eləcə də 4 474 hüquqazidd əməlin qarşısı alınıb.
Müxtəlif cinayətlər törətmiş 6 887 şəxs məhkəmə məsuliyyətinə verilib. İstintaqdan və təhqiqat orqanlarından yayınan 4 282, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 645 təqsirləndirilən şəxs tutulub.
Axtarış işinin nəticələri 3 % yaxşılaşaraq 82,7 %-ə yüksəlib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 09 İyul 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















